Məhkəmə qərarları › İş №3(067)-696/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-696/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-696/2023 26.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş 26 may 2023-cü il tarixli MN ******* inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)-1150/2019 saylı qətnaməsinə əsasən 04 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan üçün 127 (bir yüz iyirmi yeddi) manat məbləğində alimentin dəyişdirilərək qətnamə qüvvəyə mindiyi gündən etibarən 04 dekabr 2015-ci il təvəllüdlü X1 üçün Şəxs 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs, Xaçmaz rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(067)- 3282/2019 saylı qətnaməsinə əsasən Şəxs 02 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay müəyyən edilmiş 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Xaçmaz rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(067)-2658/2022 saylı qətnaməsinə artırılaraq Şəxs 02 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin X2 veriməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)- 1150/2019 saylı qətnaməsinə əsasən 04 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan üçün 127 (bir yüz iyirmi yeddi) manat məbləğində alimentin dəyişdirilərək qətnamə qüvvəyə mindiyi gündən etibarən 04 dekabr 2015-ci il təvəllüdlü X1 üçün Şəxs 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs, Xaçmaz rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(067)-3282/2019 saylı qətnaməsinə əsasən Şəxs 02 aprel 2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay müəyyən edilmiş 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Xaçmaz rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(067)-2658/2022 saylı qətnaməsinə artırılaraq Şəxs 02 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin X2 verilməsi təmin olunmalıdır. Hal hazırda dörd icra vərəqəsi və iki tələbkar üzrə onun alimentə görə yaranmış borcu 9389 (doqquz min üç yüz səksən doqquz) manat təşkil edir. Bundan əlavə olaraq borclunun axtarış qərarı əsasında icra şöbəsinə gətirildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)- 1150/2019 saylı qətnaməsinə əsasən 04 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Zərərçəkmiş şəxs xeyrinə tutulan üçün 127 (bir yüz iyirmi yeddi) manat məbləğində alimentin dəyişdirilərək qətnamə qüvvəyə mindiyi gündən etibarən 04 dekabr 2015-ci il təvəllüdlü X1 üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs, Xaçmaz rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(067)-3282/2019 saylı qətnaməsinə əsasən ondan 02 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay müəyyən edilmiş 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Xaçmaz rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(067)-2658/2022 saylı qətnaməsinə artırılaraq ondan 02 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin X2 verilməsi təmin olunmalıdır. Əvvəllər işlədiyini və heç vaxt borcunun olmadığını, işləyib aliment borcunu vaxtlı-vaxtında ödədiyini, ödənişlərdən heç vaxt yayınmadığını, uzun bir müddət işləyə bilmədiyini, daha doğrusu işsiz qalmışdır. İşsiz qaldığı müddətdə ailə problemlərinin olduğunu, aliment borcunun yığıldığını, rayonda iş tapa bilmədiyindən səkkiz ay bundan qabaq axırıncı alimentini ödəyərək Bakı şəhərinə iş tapmaq üçün getdiyini və iş tapdığını, hal-hazırda iş tapdığını, 03 ay olar ki, işlədiyini, işi səhər saat 07-dən axşam saat 11-ə kimidir. Ümumiyyətlə işdən kənara bir vaxt edərək heç bir yerə çıxmadığından və evdəkilər ilə danışadığından barəsində axtarış edilməsindən xəbəri olmamışdır. Təzilikcə alimenti gecikdirdiyinə görə barəsində axtarış olduğunu bilmişdir. İcra şöbəsində olduğu zaman ərizəsində borcunu ödəməkdən yayınmadığını lakin hal-hazırki vəziyyətdə aliment üzrə yaranmış borcunu bir dəfəyə ödəyə bilməyəcəyini, təzə ailə qurduğunu həmin ailəsindən iki uşağının olduğunu, bütün bu dediklərini nəzərə alınmasını və köhnə borcundan qismən ödəniş edəcəyini, qalan aliment üzrə olan borcunu isə hər ay müəyyən edilmiş məbləğdə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(067)-1150/2019 saylı qətnaməsinə əsasən 04 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Zərərçəkmiş şəxs xeyrinə tutulan üçün 127 (bir yüz iyirmi yeddi) manat məbləğində alimentin dəyişdirilərək qətnamə qüvvəyə mindiyi gündən etibarən 04 dekabr 2015-ci il təvəllüdlü X1 üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Onun heç bir tələbi yoxdur, bu günə qədər olan aliment borcunu ödənilməsini, 2019-cu ildən hansı aydan ki, borcu qalmışdır. 127 manat və 170 manat olan aliment borcu. Qalan aliment borcunu isə hər ayda ödənilməsini və yaranamış borcunu isə tam ödənilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 26 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 26 may 2023-cü il tarixli, 3- 13-79/2-14987/23 saylı məktubundan görünür ki, Şəxs barəsində 10 noyabr 2022-ci il tarixdən 780258 nömrəli axtarış işi açılmış və o, 26 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 26 may 2023-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar