Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-696/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X3 tərəfindən DİN-nin BDYPİ-nin EQ 20962845 nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 tərəfindən DİN-nin BDYPİ-nin EQ 20962845 nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair protokoldan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərarın ərizəyə əlavə edilmədiyi və qanunla müəyyən edilmiş müddətin ötürüldüyü müəyyən olunmuşdur. Belə ki, şikayətdə inzibati xəta haqqında EQ 20962845 nömrəli protokol mübahisələndirilsə də, həmin protokol əsasında qəbul edilmiş qərar şikayətə əlavə olunmamışdır. Həmçinin, xx.xx.2024-cü il tarixli, EQ 20962845 saylı qərardan şikayət vermə müddəti ötürülərək, 29 may 2024-cü il tarixdə məhkəməyə şikayət daxil olmuş, eyni zamanda şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. İş materiallarını araşdırarkən inzibati xəta haqqında materiala protokoldan şikayət vermiş şəxs tərəfindən barəsində olan inzibati cəriməni ödəməsinə dair çıxarışı və Xaçmaz rayon məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(067)-317/2024 saylı qərarı üzrə icraata xitam verilməsinə dair Xaçmaz rayon məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 3(067)-317/2024 saylı qərarı əlavə olunsa da, həmin sənədlər inzibati xəta haqqında hansı qərarın əsasında əlavə olunması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Odur ki, verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokol üzrə qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi protokol üzrə qərarın təsdiq olunmuş surətini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 EQ 20962845 nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-696/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-696/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver