Məhkəmə qərarları › İş №3(067)-697/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-697/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-697/2021 17.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, H.Əliyev küçəsi ev 22 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: X3 16.07.2021-ci il tarixdə Xudat PB-nin inzibati binasında polis əməkdaşlarını söyub təhqir edərək, qanuni tələblərinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN № ******* saylı 16 iyul 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, 16.07.2021-ci il tarixdə Xudat PB-nin inzibati binasında polis əməkdaşlarını söyüb təhqir edərək, qanuni tələblərinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərmişdir ki, 16.07.2021-ci il tarixdə Xudat PB-nin inzibati binasında polis əməkdaşlarını söyuüb təhqir edərək, qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan X3 özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xudat PB-nin polis nəfəri Mənsur Abuzərov bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 16.07.2021ci il tarixdə Xudat PB-nin inzibati binasında polis əməkdaşlarını söyüb təhqir edərək, qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xudat PB-nin polis nəfəri Zaur Fərzəliyev bldirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 16.07.2021-ci il tarixdə Xudat PB-nin inzibati binasında polis əməkdaşlarını söyüb təhqir edərək, qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, X3 16 iyul 2021-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuş 17 iyul 2021-ci il tarixdə saat 09-00 da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, X3 polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ciu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş X3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 17 (on yeddi gün) müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. X3 dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbsetmənin əvvəli 17 iyul 2021-ci il saat 13:00-dan hesablansın. X1 inzibati qaydada tutulduğu müddət, yəni 16.07.2021-ci il saat 02:00-dan 17 iyul 2021-ci il saat 09:00-dək olan 2 gün, həbs müddətindən çıxılsın və X1 üzərində qəti olaraq 15(on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsində həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar