Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-699/2023 12.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inizbati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə başlanmış inzibati xəta haqqında iş materiallarında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokola əsasən material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, 12 aprel 2023-cü il tarixdə Xaçmaz rayonu Armudapadar kəndi ərazisində fəaliyyət göstərən plastik tullantı tədarükü məntəqəsindən tullantı suları təyinatsız olaraq İİ BSK-nin mühafizə zonasında torpağa, relyevə axadıldığı müəyyən edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qeyd edilən protokol üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, barəsində tərtib edilmiş protokoldan tamamilə xəbərsiz olmuşdur. Ümumiyyətlə barəsində tərtib edilmiş protokoldan məlumatı belə olmamışdır. Həmin vaxt ekologiyanın nümayndələri gələrək ondan izahatı alaraq getmişlər, başqa heç bir protokol və digər hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Həmin protokoldan onun heç bir məlumatı olmamışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyi üçün material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən protokolla tanış edilərək bu barədə imza etməməsi barədə qeyd aparılmışdır. Bununla bağlı akt tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə zalında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol ümumiyyətlə Şəxs təqdim edilməmişdir. Protokolu tərib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bu halı təsdiq etmişdir. Göründüyü kimi, İnzibati xəta haqqında iş natamam şəkildə məhkəməyə təqdim olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddələrini rəhbər tutaraq Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və material geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-699/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-699/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver