Məhkəmə qərarları › İş №3(067)-7/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-7/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-7/2022 14.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Şikayət verən şəxs X10 oğlunun, Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X2 iştirakı ilə, X10 oğlunun Xaçmaz RPŞ-nin DYPB-nin 08.12.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X10 oğlu məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində tərtib nzibati tənbeh vermə haqqında 08.12.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul dilməsini xahiş edir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X2 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 08.12.2021-ci il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar ləğv edilməlidir. 07.12.2021-ci il tarixdə saat 15:30 radələrində o, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ərzisində BMV 528 markalı, 10-KS530 dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman Xaçmaz rayon DYPB-nin polis kapitanı X2 yol nişanlarının tələblərinə riayət etməməyi barədə yuxarıda göstərdiyi qərarı tərtib edərək ona təqdim etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. DYPB-nin polis kapitanı X5 onu saxlayarkən o, hər hansı bir yol nişanlarının tələblərinin pozulmasına yol verməmişdir. Ona görə də qeyd olunan qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş 08.12.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsinin sxeminə imza edərkən sxemlə tam razı olmuşdur və protokola da etirazı yoxdur, lakin qərardan narazıdır. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X5 izahatında göstərmişdir ki, şikayət verən şəxs 07.12.2021-ci il tarixdə saat 15:30 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ərzisində BMV 528 markalı, 10-KS530 dövlət nömrə nişanlı avtomaşını idarə edən zaman “yol” (2.4 nişanı) nişanının tələblərini pozaraq digər avtomobil ilə toqquşub. Digər avtomobil isə manevr qaydalarını pozub. Hər iki sürücü barədə protokol tərtib olunaraq inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikaət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında 08.12.2021-ci il tarixli, TP ******* saylı qərarından müəyyən olunur ki, X10 oğlu Azərbaycan Respublikası İXM-327.1-ci maddəsi ilə inzibati protokolu və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 08.12.2021-ci il tarixli, TP ******* saylı qərardan müəyyən olunur ki, X1 Azərbaycan Respublikası İXM-327.1-ci maddəsi ilə inzibati protokolu və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən müəyyən olunur ki, X10 oğlu 07.12.2021-ci il tarixdə saat 15:30 radələrində o, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ərzisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı tərtib edilmiş sxemə imza edərək etiraz bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz RPŞ-nin DYPB-nin 08.12.2021-ci il tarixli, TP ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar