Məhkəmə qərarları › İş №3(067)-700/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-700/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-700/2020 17.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxxxx 2019, xx xxxxxx 2019, xx xxxxxx 2019, xx xxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixlərdə «NİSSAN X-TRAİL» markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 328.2-ci maddələri ilə məsuliyyət nəzərdə tutulan xx xxxxxx 2019, xx xxxxxx 2019, xx xxxxxx 2019, xx xxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilməklə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin tarixli EQ 2702185, EQ 2712404, EQ 2715655, EQ 2726914, EQ ******* və EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlara əsasən 50, 50, 50,10, 10 və 10 manat məbləğlərində cərimə olunmuşdur. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qəraların, protokolların surətlərini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cərimələri 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis baş leytenantı X1 tərəfindən xx xxx 2020-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, EQ 2702185, xx xxxxxx 2019-cu il tarixli, 2712404, xx xxxxxx 2019-cu il tarixli, EQ 2715655, xx xxxxxx 2019-cu il tarixli, EQ 2726914, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimləri və dəbbə pulları daxil olmaqla 288 manat məbləğində pulu hazırda tam şəkildə ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs xx xxxxxx 2019-cu il tarixli, EQ 2702185, xx xxxxxx 2019-cu il tarixli, 2712404, xx xxxxxx 2019-cu il tarixli, EQ 2715655, xx xxxxxx 2019-cu il tarixli, EQ 2726914, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarla İnzibati Xətalar Məcəlləsinin 328.1 və 328.2-ci maddələri ilə təqsirli bilinərək 50, 50, 50,10, 10 və 10 manat məbləğində cərimə olunmuşdur. Lakin o, 50, 50, 50,10, 10 və 10 manat cərimləri və onlara əsasən hesablanmış 30,30,30, 6, 6 və 6 manat dəbbə pullarını ödəməmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixli, EQ 2702185, xx xxxxxx 2019-cu il tarixli, 2712404, xx xxxxxx 2019-cu il tarixli, EQ 2715655, xx xxxxxx 2019-cu il tarixli, EQ 2726914, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarların qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx xxxxxx 2020-cil tarixli, 668582713, 668581958, 668581223, 668578132, ********* və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, Şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixli, EQ 2702185, xx xxxxxx 2019-cu il tarixli, 2712404, xx xxxxxx 2019-cu il tarixli, EQ 2715655, xx xxxxxx 2019-cu il tarixli, EQ 2726914, xx xxxxxx 2019cu il tarixli, EQ ******* və xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimələr və dəbbə pulları daxil olmaqla 288 manat pul tam şəkildə ödənilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2019-cu il tarixli, EQ 2702185, xx xxxxxx 2019-cu il tarixli, 2712404, xx xxxxxx 2019-cu il tarixli, EQ 2715655, xx xxxxxx 2019-cu il tarixli, EQ 2726914, xx xxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimələri ödədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar