Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-702/2023 13.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Kanrina İnter” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə «Kanrina İnter” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs (VÖEN **********) ilə Rusiyanın “X9” şirkəti arasında bağlanmış müqayilə əsasında həmin cəmiyyət tərəfindən 10 may 2018-ci il tarixli, **********2418 sorğu nömrəli gömrük bəyannaməsi ilə 27.200,00 ABŞ dolları dəyərində ixrac olunan malların 18.481,84 ABŞ dolları firmanın müvəkkil bankda olan hesablarına köçürülmüş yə 8718,16 ABŞ dolları qalıq məbləğ yaranmışdır. İxrac olunan malların müqabilində ödəniş üçün nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq qalıq məbləğin ödənilməsi təmin edilməmişdir. Bununla da, Şəxs MMC-nin konsiqnasiya yolu ilə ixrac etdiyi malın müqabilində 14.820,87 (on dörd min səkkiz yüz iyirmi manat səksən yeddi qəpik) manat (8718,16 ABŞ dolları səkkiz min yeddi yüz on səkkiz dollar, on altı sent) ABŞ dolları) valyuta vəsaitin xaricdən qaytarılmamasına görə hüquqpozma faktı törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikrini dinləyib inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Kanrina İnter” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) ilə Rusiyanın “X9” şirkəti arasında bağlanmış müqavilə əsasında həmin cəmiyyət tərəfindən 10 may 2018-ci il tarixli, **********2418 sorğu nömrəli gömrük bəyannaməsi ilə 27.200,00 ABŞ dolları dəyərində ixrac olunan malların 18.481,84 ABŞ dolları firmanın müvəkkil bankda olan hesablarına köçürülmüş və 8718,16 ABŞ dolları qalıq məbləğ yaranmışdır. Müqaviləyə əsasən qalıq məbləğin ödəniş müddəti 90 gün müəyyən edilmişdir. Bu müddət başa çatdıqda "X10" şirkətindən ödəniş tələb olunmuş və xx.xx.2018-ci il tarixli Pretenziya göndərilmişdir. Buna cavab olaraq isə xx.xx.2018-ci il tarixdə TD "Vilaş" şirkəti "xxxx" MMC şirkətinə 3913 butulka şərabın keyfiyyətsiz olduğu barədə Pretenziya göndərərək 15.753,99 ABŞ dolları məbləğinə cərimə ödəməyi tələb etmişdir. Bir aylıq yazışmalar və telefon danışıqlarından sonra xx.xx.2018-ci il tarixdə TD "Vilaş" şirkətinin baş direktoru "Ziyanın qarşılıqlı tənzimlənməsi" barədə Razılaşma protokolu tərtib edərək 8.718,16 ABŞ dolları məbləği ödəməmək şərti ilə məsələni həll etməyi təklif etmişdir. Göstərilən məbləğdə valyutanın Respublikaya gətirilməsi üçün əlavə qanuni tədbirlər görülmüş, "Vilaş" X1 Məşkür Qasımovla da danışıqlar və yazışmalar aparılmışdır. "X10" şirkətinin poçt ünvanına və X1 X3 Elektron ünvan elektron adresinə 8718,16 ABŞ dollar qalıq borcun müvəkkil bankda olan hesabına köçürülməsi tələbi ilə sorğuları göndərilmiş və qısa vaxt ərzində ödəniş edilmədiyi halda Rusiya Federasiyasının məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmışdir. Lakin, müsbət nəticə əldə edilməmiş, yəni göstərilən qalıq məbləğin ödənilməsi alıcı tərəfindən təmin edilməmişdir. Göründüyü kimi "xxxx" MMC-nin rəhbəri Anar Abbasov və ya nümayəndəsi göstərilən qalıq 8718,16 ABŞ dollar məbləğində valyuta vəsaitin ala bilməmiş və bu səbəbdən də həmin vəsaiti Respublikaya qaytarmaq imkanı olmamışdır. Bundan başqa DGK əməkdaşı İnzibati xəta haqqında protokol tərtib edərkən "xxxx" MMCnin direktoru A.Abbasov məlumatlandırılmamış, protokol yazılarkən iştirak etməmiş və sənədin surəti ona verilməmişdir. İXM-nin 483-cü maddəsinin şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il Qərarını rəhbər tutaraq qeyd edilməlidir ki, "xxxx" MMC-nin rəhbəri Anar Abbasov 18 may 2018-ci il tarixli, **********2418 №-li gömrük bəyənnaməsi ilə ixrac olunmuş məhsula görə Rusiyanın "X10" şirkəti tərəfindən əsassız dayandırılan ödənişin qalıq hissəsi olan 8718,16 ABŞ dollar məbləğində valyuta vəsaitini ala bilməmiş, həmin vəsaiti respublikaya qaytarmaq imkanı olmamış və bu səbəbdən də hərəkətlərində inzibati xətanın tərkibi yaranmadığı nəzərə alınmaqla o, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməzdi. Digər tərəfdən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin 180 gün ərzində təmin olunmamasıdır. Bu halda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilindəki, 8718,16 ABŞ dolları qalıq məbləğin ölkəyə qaytarılmaması (pulun sonuncunun müvəkkil olunmuş bank hesabına köçürülməməsi) xx.xx.2018-ci ildə baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarında da qeyd edilmişdir ki, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Əgər MMC tərəfindən inzibati xəta törədilmişdirsə, inzibati xətanın törədilmə tarixi xx.xx.2018-ci il qəbul edildikdə qanunla müəyyən edilmiş 1 illik müddəti də keçmişdir. Odur ki, göstərilənlər nəzərə alınmaqla Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılmış hüquqi şəxin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. İnzibati materialda olan sənədlərdən görünür ki, Şəxs (VÖEN **********) ilə Rusiyanın “X9” şirkəti arasında bağlanmış müqayilə əsasında həmin cəmiyyət tərəfindən 18 may 2018-ci il tarixli, **********2418 sorğu nömrəli gömrük bəyannaməsi ilə 27.200,00 ABŞ dolları dəyərində ixrac olunan malların 18.481,84 ABŞ dolları firmanın müvəkkil bankda olan hesablarına köçürülmüş yə 8718,16 ABŞ dolları qalıq məbləğ yaranmışdır. İxrac olunan malların müqabilində ödəniş üçün nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq qalıq məbləğin ödənilməsi təmin edilməmişdir. Bununla da, Şəxs MMC-nin konsiqnasiya yolu ilə ixrac etdiyi malın müqabilində 14.820,87 (on dörd min səkkiz yüz iyirmi manat səksən yeddi qəpik) manat (8718,16 (səkkiz min yeddi yüz on səkkiz dollar, on altı sent) ABŞ dolları) valyuta vəsaitin xaricdən qaytarılmamasına görə hüquqpozma faktı törədilmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair " 17 may 2021-ci il tarixli qərarında qeyd edilir ki, malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. İş materiallarından müəyyən olunur ki, ümumi dəyəri 27 200,00 ABŞ dolları olan mallar Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixli, **********2418 nömrəli gömrük bəyannaməsi ilə rəsmləşdirilərək konsiqnasiya yolu ilə Rusiya Federasiyasına ixrac olunmuşdur və bu müddətdən 180 gün keçdikdə, yəni xx.xx.2018-ci il tarixindən məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması ilə əlaqədar inzibati məsuliyyat yaranır. Başqa sözlə inzibati xətanın törədilmə tarixi xx.xx.2018-ci il qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin tələblərinə görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən (davam edən inzibati xətalara münasibətdə isə xətanın aşkara çıxarıldığı gündən) ən geci bir il keçənədək verilə bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin 180 gün ərzində təmin olunmamasıdır. Bu halda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının mahiyyətinə görə, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 2018-ci ildə törədilməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə Kantina İnter” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, xətanın törədilməsindən 4 il müddət keçdikdən sonra inzibati xəta haqqında icraat başlanılaraq araşdırma aparılmaqla müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddətləri ötürülmüşdür. Belə olan halda isə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməzdi və ya cəlb edildiyi halda belə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-702/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-702/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver