Məhkəmə qərarları › İş №3(067)-704/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-704/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-704/2024 13.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Xaçmaz Gömrük idarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33- 1700/012/001847 nömrəli raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 14 aprel 2024-cü il tarixdə 41AA683/41AA684 nömrə nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasında qeydiyyatda olan “Rahim Firooz Commercial” adlı şəxsdən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “Plastpack’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə **********1511 nömrəli gömrük bəyannaməsi əsasında idxal olunan 23760 kq çəkidə “plastik qırıntılar, polipropilen kisələrdə, İran İslam Respublikası istehsalı 2-ci növ” adlı yüklərin yoxlanılması zamanı həmin çəkidə yükün 15000kq çəkidə olan hissəsinin bəyan edilən mal olmadığı, yəni “yaşıl rəngdə qranula” yükü olduqu aşkarlamışdır. Məhkəmə iclasında iştirak edən Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X3 bildirdi ki, 14 aprel 2024-cü il tarixdə daxil olan yük Gömrük Bəyannaməsi üzrə Şəxs tərəfindən idxal olunan mallar barəsində gömrük yoxlaması həyata keçirilərkən Gömrük orqanlarına bəyan edilən 23760 kq çəkidə olan maldan ikinci növ plastik qırıntılar adlı yük idi 23760 kq, lakin yoxlama zamanı müəyyən olundu ki, bu malların 15000 kq hissəsi başqa bir maldır. Bundan sonra həmin malın gömrük kodunu həmçinin növünün müəyyən edilməsi ilə əlaqədar Dövlət Gömür Komitəsinin X2 İdarəsinə sorğu verildikdən sonra həmin malın idxal olunan mal eyni zamanda Gömrük Orqanlarına bəyan edilən mal olmaması və ondan bir növ daha kefiyyətli mal olması aşkar olunduqdan sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə sorğu verilmişdi. Lakin Məhkəmə Ekspertizası Mərkəzində bu həmin malla bağlı məlumat olmadığından verilmiş Məhkəmə-əmtəəşünaslıq qərardadı Xaçmaz Gömrük İdarəsinə geri qaytarılmışdır. Bundan sonra əməldə 482.2-ci maddənin tərkib əlamətləri olması eyni zamanda həmin malın dəyəri müəyyən olunması üçün əlavə ekspertiza və yaxud mütəxəssis rəyinin alınması üçün toplamış material idarə rəhbərliyinin də məqsədə müvafiq hesab edilməsinən Xaçmaz rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə bildirdi ki, Plastpack” MMC şirkəti daha doğrusu sentyabr ayından fəaliyyətə başlamışdır. Sentyabr ayından hal-hazırki günə qədər ortalama onlar tərəfindən 30-40 dan yuxarı xam maddə idxal olunub və iniyənədək idxal elədikləri xam mallarda heç bir problem yaşamamışıq Dövlət Gömrük Komitəsinən və yaxud da ki, digər məslələr ilə bağlı. Onların sifarişçi firmamız Türkiyə firmasıdır. Sonuncu dəfə malların Azərbaycan Respublikasına idxalı zamanı yanlışlıq olmuşdur. Belə ki, həmin malı idxal zamanı nəqliyyat vasitəsi ikinci növ xam malı idxal etmək əvəzinə birinci növ xam malı idxal etmişdir. Bununla bağlı o, müəssisə rəhbəri olaraq dövlət gömrük idarəsinə dəvət edilərkən orda da izahında bildirmişdir. Bu məsələ məhkəməyə qədər həll oluna bilərdi. Onun həmin gətirilən malın içərisində 15 ton digər xam malın olmasından yalnız dövlət gömrük idarəsinə dəvət edildiyi zaman məlumatı olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2024-cü il tarixli, 3-16-16-2-9/3478/2024 saylı məktubundan görünür ki, 01400-03441/24 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aparılmış və tədqiqat nəticəsində Respublikada yerləşən ticarət şəbəkələrində, mağazalarda, internet saytlarında tədqiqata nümunə qismində təqdim edilən 01 ədəd kisə üzərində “PVC Granule” yazıları olan dioktik ftalatla (GAS 117-81-7) plastifikasiya olunmuş ilkin formada polivinixlorid (CAS 9002-86-4) yükünün satışına və qiymətinə dair hər hansı bir məlumat olmadığından qiymətləndirilmə aparılması mümkün olmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin sanksiyasında tətbiq olunan inzibati cərimə birbaşa inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin asılıdır. Lakin inzibati xəta haqqında protokolu tərtib edən gömrük orqanı inzibati xətanın bilavasitə obyekti olan malların dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizasını təyin edilməsinə baxmayaraq, ekspertiza tərəfindən qiymətləndirilmənin aparılması mümkün olmamışdır. İnzibati xəta protokolu tərtib edən gömrük orqanı bununla kifayətlənərək, inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin müəyyən edilməsi istiqamətində heç bir tədbir görmədən, hüquqi şəxs barədə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə istinadən hesab edir ki, həmin Məcəllənin 482.2-ci maddəsinin sanksiyasının inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərindən asılı olması və həmin dəyərin müəyyən edilməməsi şübhə kimi dəyərləndirilməli və inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Məhdud Məsiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar