Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-705/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X10 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonunun Xudat şəhəri ərazisindəki “Foodcity” Aqropark şirkətində işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 29 may 2024-cü il tarixdə saat 00:30 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X10 təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 göstərdi ki, Şəxs 29 may 2024-cü il tarixdə saat 00:30 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 29 may 2024-cü il tarixdə gecə saatlarında Buba adlı qohumu ilə birlikdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Məkan” kafesində pivə içdikdən sonra kafedən çıxıb siqaret almaq üçün yaxınlıqdakı dükana keçərkən əmisi oğluna əl işarəsi ilə onun üçün hansı siqaretdan aldığını soruşmuşdur. Həmin vaxt oradan keçən Xaçmaz rayon X14-patrul xidməti bölüyünün əməkdaşları onlara əl işarəsi ilə nə isə dediyini başa düşərək yaxınlaşıb onlara işarə etməsinin səbəbini soruşmuşlar. O, polis əməkdaşlarına onlara işarə etmədiyini, əmisi oğlu ilə danışdığını bildirdikdə aralarında anlaşmamazlıq yaranmış və əməkdaşlar onları Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X14-patrul xidməti bölüyünün polis nəfəri X8 göstərdi ki, 29 may 2024-cü il tarixdə saat 00:25 radələrində iş yoldaşı X6 ilə Xaçmaz şəhəri ərazisində xidmətdə olduqları zaman Xaçmaz şəhəri, N.Nərimanov küçəsində iki nəfər şəxsin ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini eşidərək həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etməklə nə səbəbə söyüş söyüb ictimai qaydanı pozduqlarını soruşduqda sonradan şəxsiyyəti onlara məlum olan Şəxs və yanında olan Namiq adlı şəxs onlarla mübahisə yaradıb onlara işləri ilə məşğul olmasını demişlər. Həmin şəxslərin sərxoş olduğunu hiss edərək onları Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X14-patrul xidməti bölüyünün polis nəfəri X1 rayon X14-patrul xidməti bölüyünün polis nəfəri X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu izahat vermişdir. Məhkəmədə şahid qismində qismində izahat verən X5 göstərdi ki, 29 may 2024-cü il tarixdə axşam saatlarında tanışları Şəxs və Buba Əbilovla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Məkan” kafesində pivə içdikdən sonra gecə saatlarında kafedən düşüb ayrılarkən post-patrul xidməti əməkdaşlarının xidməti avtomobilləri ilə gələrək Fərid və Buba ilə söhbət etdiklərini görmüş, lakin Fəridin əl-qol hərəkətləri ilə kiminləsə danışdığını görməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş 29 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxsnun nalayiq ifadələr işlətməməsi və hər hansı hüquqazidd hərəkətlərə yol verməməsi barədə izahatında irəli sürdüyü digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-705/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-705/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver