Məhkəmə qərarları › İş №3(067)-706/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-706/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-706/2024 30.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibiİsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon X11 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 29 may 2024-cü il tarixdə təxminən saat 00:25 radələrində Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis mayoru X4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Xaçmaz Rayon Polis X12 Bölməsinin əməkdaşları Nəriman Nərimanov küçəsində xidmətdə olduğu zaman 2 nəfər şəxsin sərxoş vəziyyətdə ictimai qaydanı pozduqlarına görə onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları onlardan niyə ucadan danışdıqlarını və əl hərəkətləri ilə onlara nə demək istədiklərini soruşduqda həmin şəxslər polis əməkdaşlarını başqa bir polis əməkdaşı ilə hədələyərək onların qanuni tələblərinə riayət etməmişlər. Bundan sonra polis əməkdaşları həmin şəxslərin hərəkətlərinin qarşısını alaraq Xaçmaz RPŞ-yə gətirmişlər. Şəxs sərxoş vəziyətdə ictimai qaydanı pozduğu üçün onun barəsində inzibati xətalar məcəlləsinin 510-cu maddəsinə əsasən protokol trətib olunmuşdur. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 29 may 2024-cü il tarixdə gecə saatlarında Fərid adlı qohumu ilə birlikdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Məkan” kafesində pivə içdikdən sonra kafedən çıxıb siqaret almaq üçün yolun o biri tərəfindəki dükana keçən əmisi oğluna siqaret alması üçün əl işarəsi ilə başa salan zaman oradan keçən Xaçmaz rayon X15-patrul xidməti bölüyünün əməkdaşları onlara əl işarəsi ilə nə isə dediyini başa düşərək yaxınlaşıb onlara işarə etməsinin səbəbini soruşmuşlar. O, polis əməkdaşlarına onlara işarə etmədiyini, əmisi oğlu ilə danışdığını bildirdikdə aralarında anlaşmamazlıq yaranmış və əməkdaşlar onları Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X15-patrul xidməti bölüyünün polis nəfəri X7 göstərdi ki, 29 may 2024-cü il tarixdə saat 00:25 radələrində iş yoldaşı X6 ilə Xaçmaz şəhəri ərazisində xidmətdə olduqları zaman Xaçmaz şəhəri, N.Nərimanov küçəsində iki nəfər şəxsin ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini eşidərək həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etməklə nə səbəbə söyüş söyüb ictimai qaydanı pozduqlarını soruşduqda sonradan şəxsiyyəti onlara məlum olan X14 və yanında olan Namiq adlı şəxs onlarla mübahisə yaradıb onlara işləri ilə məşğul olmasını demişlər. Həmin şəxslərin sərxoş olduğunu hiss edərək onları Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X15-patrul xidməti bölüyünün polis nəfəri X1 rayon X15-patrul xidməti bölüyünün polis nəfəri X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu izahat vermişdir. Məhkəmədə şahid qismində qismində izahat verən X5 göstərdi ki, 29 may 2024-cü il tarixdə axşam saatlarında tanışları Fərid Əbilov və Şəxsla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Məkan” kafesində pivə içdikdən sonra gecə saatlarında kafedən düşüb ayrılarkən post-patrul xidməti əməkdaşlarının xidməti avtomobilləri ilə gələrək Fərid və Buba ilə söhbət etdiklərini görmüş, lakin Fəridin əl-qol hərəkətləri ilə kiminləsə danışdığını görməmişdir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 73 nömrəli Aktdan görünür ki, tibbi müayinə zamanı Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 29 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 73 nömrəli Akt və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar