Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-709/2023 16.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakları ilə, 20 iyun 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan X4 Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X5 15 aprel 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X5 15 aprel 2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayon X11 Yol Polisinin 15 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. Həmin qərar əsassızdır beləki, o, həmin vaxt nəqliyyat vasitəsini idarə etdiyi zaman təhlükəsizlik kəmərindən istifadə etdiyi halda yol patrulu xidmətinin inspektoru buna əhəmiyyət verməyərək onun nəqliyyat vasitənin təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirərək bu barədə qərar qəbul etmişdir. Qeyd olunan qərar qəbul edildiyi zaman o, inspektor tətəfindən həmin qərarda müvafiq qeydlərin aparılması ilə bağlı dəvət edilməmişdir. Ona görə də o, qərardan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X8 tərəfindən barəsində tərtib edilmiş 15 aprel 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X13 Bölməsinin 15 aprel 2023-cü il tarixli, TP-5679050 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 aprel 2023-cü il tarixli, TP-5679050 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15 aprel 2023-cü il tarixdə X6 idarə etdiyi “VAZ 21099” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozmuşdur; 15 aprel 2023-cü il tarixli, TP-5679050 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 aprel 2023-cü il tarixdə X6 idarə etdiyi “VAZ 21099” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozmuşdur. Buna əsasən X6 İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X13 Bölməsinin 15 aprel 2023-cü il tarixli, TP-5679050 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X13 Bölməsinin 15 aprel 2023-cü il tarixli, TP-5679050 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-709/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-709/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver