Məhkəmə qərarları › İş №3(067)-710/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-710/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-710/2020 05.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(067)-790/2010 saylı qətnaməsinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün borclu Şəxs xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit məbləğdə aliment tutularaq tələbkar Mahmudova (İbrahimova) Əsmər İsmayıl qızına verilməsi qət edilmişdir. Məhkəmənin xx xxxxxx 2010-cu il tarixli, 2(067)-790/2010 saylı qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(067)-790/2010 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(067)-790/2010 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün borclu Şəxs xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit məbləğdə aliment tutularaq tələbkar Mahmudova (İbrahimova) Əsmər İsmayıl qızına verilməsi təmin edilməlidir. İcra vərəqəsinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu Şəxs aliment ödənişlərini etməməklə və həmiçinin icra şöbəsinin çağırışlarına gəlməməklə məhkəmə qətanaməsinin tələblərini üzürlü səbəbdən icra etməmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə Şəxs barəsində axtarış elan olunması barədə qərar qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Şəxs Xaçmaz rayon Polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilərək təhvil verilmişdir. Borclu Şəxs hazırda tələbkar Mahmudova (İbrahimova) Əsmər İsmayıl qızına olan aliment borcu 7670 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(067)- 790/2010 saylı qətnaməsinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit məbləğdə aliment tutularaq tələbkar Mahmudova (İbrahimova) Əsmər İsmayıl qızına verilməsi qət edilmişdir. Lakin alimenti vaxtlı-vaxtında və tam ödəmədiyindən onun alimentə görə 7670 manat borcu yaranmışdır. Hazırda o, tələbkar Əsmər Mahmudovaya yaranmış aliment borcuna görə cəmi 400 manat ödəyə bilər. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Mahmudova (İbrahimova) Əsmər İsmayıl qızı göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(067)-790/2010 saylı qətnaməsinə əsasən uşaqları- xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün borclu Şəxs xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində mütəmadi olaraq aliment ödənişlərindən yayınmış və onun 7670 manat aliment borcu yaranmışdır. Borclunun yaranmış aliment borcuna görə ona təklif etdiyi 400 manat aliment pulunu qəbul etməyərək, borcunu bir dəfəyə ödəməsini tələb edir. Şəxs barəsində şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə borclu Şəxs icra çağırışlarına gəlmədiyindən onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli 9/1-160-8376-1220 saylı məktubundan görünür ki, iş üzrə borclu Şəxs barəsində xx xxxxx 2020-ci il tarixli 780296 nömrəli mülki axtarış işi açılmış və o, xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar