Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-712/2020 05.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Sədrəddin Hüseynovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, M.Müşfiq küçəsi ev 3, mənzil 1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətaya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin o, əlilliyin olmadığını bildimişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-də manqa komandiri vəzifəsində işləyən X1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Xaçmaz şəhəri, H.Əliyev küçəsində sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il saat 19:00-dan hesablansın. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-712/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-712/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver