Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-715/2025 07.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati orqan tərəfindən aparılmış inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il saat 16:55 tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İran İslam Respublikasından **********01411 nömrəli mal qeydiyyat kodu ilə 93AC517/93AC518 nömrəli avtomobil nəqliyyatı vasitəsi ilə idxal etdiyi “plastik qırıntı' yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada **********0144 saylı qısa idxal bəyannaməsi xx.xx.2024-cü il saat 16:11 tarixində verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 21 may tarixli “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin direktoru X2 12 mart 2025-ci il tarixindəki ilkin izahatında bildirmişdir ki. qısa idxal bəyannaməsi təqdim edilərkən sistemdə yaranan texniki problemlərə görə xx.xx.2024-cü il tarixdə saat 09:46dan saat 16:11-dək təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:46-dan, saat 16:11-ə qədər X3 (E-Gov.az), malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesinin onlayn monitorinqi xidmətində **********0144 saylı qısa idxal bəyannaməsinin elektron formada təsdiq edilməsi üçun sistemdə donmaların və yaxud texniki problemlərin olub-olmaması barədə Dövlət Gömrük Komitəsi Rəqəmsal idarəetmə Bas idarəsinə 13 mart 2025-ci il tarixli, 3-33- 1700/2-000915/2025 nömrəli sorğu göndərilmişdir. Dövlət Gömrük Komitəsinin Rəqəmsal idarəetmə Baş idarəsi tərəfindən göndərilmiş sorğunun icrası ilə əlaqədar olaraq 18 mart 2025-ci il tarixli, 3-33-1700/1-001367/2025 nömrəli cavab məktubunda 21 avqust 2024-cü il tarixində sadəcə saat 13:51-dən, saat 15:03-dək X1 Sistemində texniki nasazlıqlar qeydə alındığı bildirilmişdir. Belə ki, real vaxt rejimi ərzində **********0144 saylı qısa idxal bəyannaməsini təqdim etmək imkanı olmasına baxmayaraq, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gec təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı Nümayəndə1 bildirdi ki, 21 avqust 2024-cü il saat 16:55 tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən plastik qırıntı yükü idxal olunmuş və həmin yükə görə qısa idxal bəyannaməsi gecikdirilərək 16:11 tarixində verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” haqqında 920 saylı Fərmanı var və həmin Fərmanın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsi mallar gömrük sərhədindən keçməsinə ən azı bir saat əvvəl verilməlidir. Yəni 16:55-də keçən mallara görə qısa idxal bəyannaməsi ən son vaxtı 15:55 tarixində olmalıdır, lakin 15:55 tarixində verilməyərək 16:11 tarixində gecikdirilərək verilmişdir. Qeyd etmək lazımdır ki, həmin fakt üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 izahatında bildirmişdir ki, məhz sistemdə texniki problemlər yarandığına görə onlar həmin bəyannaməni, qısa idxal bəyannaməsini təqdim etmişlər 09:46 saatında sistemdə problemlər olduğuna görə 16:11-ə qədər təqdim edilə bilməmişdir. Fakta bağlı Dövlət Gömrük Komitəsinin rəqəmsal idarəetmə baş idarəsinə (E-Gov.az) da malların və nəqliyyat vasitələrin monitorinq xidmətində hər hansı bir texniki problemlərin olubolmaması ilə bağlı sorğu göndərilmişdir. Sorğu zamanı onlara bildirildi ki, 21 avqust 2024cü il tarixdə texniki problem sadəcə 13:51 yəni ki, 2-yə 9 dəqiqə qalmışdan saat 15:03-ə qədər olmuşdur. Belə ki, real vaxt rejimi ərzində qısa idxal bəyannaməsinin təqdim edilməsi imkanı olmasına baxmayaraq Plastpact” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qısa idxal bəyannaməsi gec təqdim olunmuşdur və daha sonra Plastpact” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə2 bildirdi ki, qeyd edildiyi kimi 16 dəqiqə gecikmə olmuşdur, lakin həmin gecikmə onların ucbatından olmamışdır, belə ki, o, istifadəsində olan mobil telefon vasitəsi ilə WhatsApp ilə sənədləri Dövlət Gömrük Komitəsi Azərterminalkompleks” birliyinin xidmətlərin təşkili idarəsinin Xaçmaz Şöbəsinin baş inspektoru, şöbə rəisi vəzifələrini müvəqqəti icra edən Şahid göndərmişdir, lakin həmin vaxt sistemdə problem olduğu üçün sənədlər sistemə yerləşdirilmə bilinməmişdir. Saat 10 tamamda onlar sənədləri sistemə yerləşdirmişlər, lakin sistem işləməməsi səbəbində artıq onların işi gedib 16:11-də düşüb. Bayax qeyd edilən tarixə, o, saata düşüb. O, saatda da düşəndən sonra 40 dəqiqə sonra onların nəqliyyat vasitəsi keçib gömrük sərhədini. Onlar maşını, nəqliyyat vasitəsini qısa idxal bəyannaməsini yazmadan keçirməmişlər. Bu faktı məhkəmə iclasında şahid qismində dindirilməsi nəzərdə tutulmuş Xaçmaz Şöbəsinin baş inspektoru, şöbə rəisi vəzifələrini müvəqqəti icra edən Şahid da təsdiq edə bilər. Qeyd olunanla ilə bağlı Şəxs direktoru Nümayəndə2 həmin günü saat neçədə onunla Şahid arasında olan WhatsApp yazışmalarını və həmin tarixdə olan təqsiri onunla bağlı olmaması ilə bağlı sübut əhəmiyyətli digər sənədləri də məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində izahat verən Dövlət Gömrük Komitəsi Azərterminalkompleks” birliyinin xidmətlərin təşkili idarəsinin Xaçmaz Şöbəsinin baş inspektoru, şöbə rəisi vəzifələrini müvəqqəti icra edən Şahid göstərdi ki, Şəxs şirkəti ilə onlar arasında xidməti müqaviləyə əsasən qısa idxal bəyannamələri və gömrük bəyannamələrinin tərtibini həyata keçirirlər. Həmin günü 21 avqust tarixi onlara səhər radələrində səhər saat 09, 10-a işləmiş sənədlər WhatsApp vasitəsi ilə göndərildi, İranda hazır olunan sənədlər, biz onları qısa idxal bəyannaməsinin tərtibinə başladıq. Yekunda Pin 2, asan imza, onlarda imzalar asan imza ilə həyata keçirilir. Pin 2 sistemi təsdiqə getmədi, xəta 004 belə bir xəta verdi, belə hallar mütəmadi olaraq onlarda baş verir. Sadəcə olaraq o, həmin günü çox uzun çəkdi, saat dördün yarısı, dördə qalmışa qədər onlarda o, proses davam etmişdir. Tək onlarda yox bütün Azərbaycan ərazisində elektron hökumət portalı E-Gov.az saytında demək olar ki, onlar işlərini görə bilməmişdir. Tək bizdə yox bütün Azərbaycanda yəni Xaçmaz şöbəsi yox Azərbaycan üzrə belə bir problem oldu. Şəxs şirkətinə məxsus maşınlarda İran sərhədində Astarada rəsmiləşdirdikləri üçün, Astara gömrük postu İranın Astarasında orada maşınlar çox sərhəddə saxlaya bilmirlər. Onlar bəyannaməni təsdiq eləmiş, bu barədə məlumat verilmişdir ki, bəyannamə təsdiq olundu maşın 45 dəqiqə yoxsa 43 dəqiqədən sonra ölkə ərazisinə daxil olmuşdur. Ona görə də belə bir problem yaşandı. İş materiallarında olan Şəxs direktoru Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş WhatsApp danışıqlarının 21 avqust 2024-cü il tarixli çıxarışıdan görünür ki, Xaçmaz Şöbəsinin baş inspektoru, şöbə rəisi vəzifələrini müvəqqəti icra edən Şahid tərəfindən 21 avqust 2024-cü il tarixdə saat 10:00-da qısa idxal bəyannaməsinin hazıralanaraq sistemə otuzdurulması ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli **********0144 nömrəli qısa idxal bəyyanaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 93AC517/93AC518 nömrə nişanlı yük nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş, Şəxs MMC ilə RAHİM FİROOZ COMMERCİAL arasında bağlanmış müqavilə əsasında 23350 kq 667 bağlama plastik qırıntılarının dəyəri 9340 USD təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-000915/2025 saylı məktubdan görünür ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33-1700/012/001142 saylı raportun araşdırılması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə 09:46-dan, saat 16:11-ə qədər X3 (E-Gov.az), malların və nəqliyyat vasitələrinin gömrük rəsmilləşdirilməsi üzrə electron baəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmilləşdirilmə prosesinin onlayn monitorinqi xidmətində **********0144 saylı qısa idxal bayannaməsinin elektron formada təsdiq edilməsi zamanı hər hansı bir çətinliyin, həmçinin sistemdə donmaların olubolmaması barədə məlumat verilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Rəqəmsal İdarəetmə Baş İdarəsinə sorğu göndərilmişdir. İş materiallarında olan Rəqəmsal İdarəetmə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 33-1700/2-000915/2025 saylı edilmiş sorğuya cavab məktubundan görünür ki, Xaçmaz Gömrük İdarəsinin 3-33-1700/2-000915/2025 nömrəli məktubuna baxılmış və məlumat olaraq bildirilmişdir ki, 21 avqust 2024-cü il tarixdə saat 13:51-dən saat 15:03-dək gömrük xidmətinin X1 Sistemində texniki səbəbdən nasazlıqlar qeydə alınmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, Şəxs direktoru Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş WhatsApp danışıqlarının 21 avqust 2024-cü il tarixli çıxarışıdan görünür ki, Xaçmaz Şöbəsinin baş inspektoru, şöbə rəisi vəzifələrini müvəqqəti icra edən Şahid tərəfindən 21 avqust 2024-cü il tarixdə saat 10:00-da qısa idxal bəyannaməsinin hazıralanaraq sistemə yerləşdirilməsi ilə bağlı məlumat verilmişdir. Göründüyü kimi həmin yalnışlıq Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta yalnız qəsdən törədilə bilər. Bu halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMCyə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Məhdud Məsiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-715/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-715/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver