Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-716/2025 08.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət verən şəxs X1 iştirakı ilə Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X3 «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən onun barəsində qəbul olunmuş «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 aprel 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və Sumqayıt şəhər X8 X9 Xidməti inspektoru, polis baş serjantı X3 iş fəaliyyətinin yoxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 09 aprel 2025-ci il tarixdə, saat 15:39 radələrində Sumqayıt Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X4 onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edərək, 09 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, 09 aprel 2025-ci il tarixdə, saat 15:39 radələrində idarə etdiyi “MERCEDES BENZ C220 CDİ MİNİK” markalı **-YD-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Sumqayıt şəhərinin Sülh küçəsi ilə hərəkətdə olduğu zaman işıqforun yaşıl işığında o və digərləri dönmə əməliyyatı yerinə yetirərkən Sumqayıt şəhər Polis İdarəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru və polis baş serjantı Ceyhun Zeynalov onun arxasıyca gedərək ona dayanma əmri vermiş, o, da avtonəqliyyat vasitəsini dayandırmışdır. Polis baş serjantı və yanındakı polis kapitanı özlərini təqdim etmədən bir başa ona işıqforun qırmızı işığında dönmə əməliyyatı apardığını bildirmişlər. O, da onlara “müşahidə kameraları var, əgər işıqforun qırmızı işığında keçmişəmsə o, cərimə olunacam. Siz mənim arxamca niyə sürüb saxlatmısınız? Saxlatmısınızsa zəhmət olmasa mənə görüntü göstərin ki, işıqforun qadağanedici işarəsi verilərkən mən hərəkətimi davam etmişəm.” deyə bildirmişdir. X4 ona bildirmişdir ki, cəriməni yazır, o, da 20 gün ərzində zəhmət çəkib Xaçmaz rayonundan qərarı götürsün və videogörüntüyə də baxsın. O, dəfələrlə Sumqayıt şəhərində yerləşən Sumqayıt Polis İdarəsinin DYPB-nə getmiş və ona heç kim vidogörüntü göstərməmişdir. Ceyhun Zeynalovu da görə bilməmişdir. O, qərarın surətini 10 aprel 2025-ci il tarixdə almışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs - X2 şikayət ərizəsinda yazılanlara uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, həmin ərazidə müşahidə kameraları var və o, qaydanı pozmuş olsa ona sms radar gələrdi. Cərimə həmin qərarda göstərilərdi. Lakin qərarı yazan inspektor ona videogörüntü təqdim edə bilməmişdir. Onun telefonuna sadəcə 100 manat cərimə barədə sms gəlmişdir. qərarın surətini 10 aprel 2025ci il tarixdə almış və həmin cərimənin əsassız olduğunu hesab edərək, ləğv edilməsi barədə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsinin təmin edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Sumqayıt şəhər X8 X7 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Sumqayıt şəhər X8 X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmasına dair Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X3 «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Sumqayıt şəhər X8 X7 Xidmətinə tapşırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X3 «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Sumqayıt şəhər X8 X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, sözügedən yolda (Sumqayıt şəhəri, Sülh və Heydər Əliyev küçələrinin kəsişməsi) X1 işiqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib-etdirməməsi müəyyən edilmədiyindən, qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan və inziati xətanı əks etdirən videogörüntünün olubolmaması müəyyən edilmədiyindən, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Sumqayıt şəhər X8 X7 Xidməti tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına və işin hallarına əsasən şikayət qismən təmin edilməli, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X3 «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, X1 barəsində işə yenidən baxılması Sumqayıt şəhər X8 X7 Xidmətinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində olan Sumqayıt şəhər X8 X7 Xidməti inspektoru, polis baş serjantı X3 «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 09 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və işə yenidən baxılması Sumqayıt şəhər X8 X7 Xidmətinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-716/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-716/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver