Məhkəmə qərarları › İş №3(067)-718/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-718/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-718/2024 03.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun iştirakları ilə, xx xxxx 1998-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(067)-2906/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 14 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 96,5, cəmi 193 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar X4 verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, Balakən rayon məhkəməsinin e-2(019)-495/2022 saylı 08 iyun 2022-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşınadək saxlanması üçün hər uşağa görə 96 manat 50 qəpik olmaqla hər ay cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. İş 16 iyun 2022-ci ildə icra şöbəsinin icraatına daxil olmuşdur, icra məmuru X3. İş materiallarına əlavə olunmuş məhkəmə sənədlərində sms çağırış göndərilmişdir vətəndaşa həmçinin də əvvəlki icra məmuru Xəyal Məmmədov tərəfindən xəbərdarlıq da gönədirilmişdi və yaşadığı yer məlum olmadığı üçün, həmçinin iş üzrə tələbkarın ərizəsi də daxil olmuşdur ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra aliment ilə bağlı heç bir ödəniş olunmur və günün bu günə qədər heç bir ödəniş olunmamaqla ümumi 4479 (dörd min dörd yüz yetmiş doqquz) manat məbləğində aliment borcu yaranmışdır. Vətəndaş axtarış tədbiri nəticəsində vasitəsi məcburi icra tədbiri vasitəsi ilə icra şöbəsinə gətirilmişdir, izahatı alınmışdır. Yaşadığı yer qeydiyyatda olduğu Xaçmaz şəhəri, Nəriman Nərimanov prospekti olmasına baxmayaraq yaşadığı yer Bakı şəhəri olmuşdur. Axtarış tədbirləri nəticəsində gətirilmişdir, Ümumi borcu 4439 manatdır. Borcunu ödəyə bilmədiyini bildirmişdir izahatında, həmçinin bu icra işi ilə bağlı məlumatsız olduğunu bildirmişdir. Bununla bağlı o, məhkəməyə də müraciət edəcəyini bildirdi. Tələbkarın da ərizəsi də var bu işlə bağlı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, O, dünən portal vasitəsi ilə Şuşa şəhərinə getmək istəyərkən ona məlum olmuşdur ki, onun barəsində axtarış elan olunmuşdur. O, karantin vaxtında tətbiq olunmuş qaydaları əməl etmədiyinə görə cərimə olunmuş və həmin barəsində olan axtarışında bu səbəbdən olduğunu düşündüyü üçün o, həmin cəriməni ödəmişdir. Bundan sonra ona posta ona bildirilmişdir ki, barəsində olan axtarış aliment borcunun ödənilməməsi ilə bağlıdır. O, həmin vaxta kimi, barəsində aliment borcu ilə məlumatı olmadığını bu barədə yalnız o, Şuşa şəhərinə getmək istəyərkən yolda olduğu zaman bilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında 03 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, İş materiallarında olan tələbin könüllü icra haqqında bildirişlərdən və xəbərdarlıqlardan görünür ki, həmin sənədlər barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs rəsmi qaydada göndərilməmiş və sonuncu tərəfindən qəbul edilməmişdir. Məhkəmə iclasında həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, həm də icra məmuru təsdiq etmişlər ki, Şəxs məhkəmə qətnaməsi və hazırki icra işi haqqında heç bir məlumatı olmamışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlər və xəbərdarlıq Şəxs tərəfindən protokol tərtib edildiyi tarixdə yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş iş üzrə borclu Şəxs aliment borcu ilə bağlı onun yalnız Şuşa şəhərinə getmək istədiyi zaman məlumatı olmuşdur. O, günə qədər onun bununla bağlı heç bir məlumatı olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar