Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-718/2025 23.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nın sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri xx.xx.2025-ci ildə, saat 05 radələrində sərxoş halda Xaçmaz RPŞ-nin NBM-də və inzibati binasında ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq iş rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs rayon ərazisindəki kafedə yeyib-içərək, müxtəlif spirtli içki qəbul etmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə, saat 05 radələrində dostunun başqa bir işlə əlaqədar Polis şöbəsinə aparıldığını öyrənmiş və dostuna kömək edəcəyini bildirərək sərxoş vəziyyətdə Polis şöbəsinə getmişdir. Nəzarət buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşları onun sərxoş vəziyyətdə olduğunu görüb Şəxs getməsini bildirmişdir. Şəxs polis əməkdaşlarının göstərişlərini yerinə yetirməmiş, mübahisə yaranmağa başlamışdır. Polis əməkdaşları bu barədə Növbətçi hissəyə məruzə edərək bildirmiş, Şəxs Növbətçi hissəyə aparılmışdır. Lakin şəxs yenə də öz hərəkətlərini davam etdirmiş, nalayiq ifadələr işlətməyə başlamışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə barədə videgörüntülər də vardır. Şəxs dindirilmə zamanı özü də əməlindən peşman olduğunu bildirmişdir. Şəxs Növbətçi hissədə, eyni zamanda Polis şöbəsinin inzibati binasında İXM-nin 510-cu və 535.1-ci maddələri üzrə inzibati xəta törətmişdir. Ona görə şəxsin barəsində raport yazılmış, tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmçinin Şəxsin sərxoşluq dərəcəsini müəyyən edilməsi üçün Xəstəxanaya məktub göndərilmişdir. Polis şöbəsində işin çoxluğundan, əməkdaşların sayının az olmasında irəli gələrək sərxoşluq müayinəsinə aparılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanuni tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan maddələrlə özünü təqsirli bilir, əməlindən peşmandır. Belə ki, əməli törədərkən o, sərxoş vəziyyətdə olmuşdur. X6 veteranıdır və 6 ədəd medalla təltif olunmuşdur. Vətəndaşlara qarşı və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş, söyüş söyməmiş və ya onlara qarşı hücum etməmişdir. Polis əməkdaşlarına qarşı yalnız səsini yüksəltmişdir. O, həmin vaxt özündə olmamışdır. Polis əməkdaşlarından da üzr istəmişdir. Belə bir hadisə ilk dəfədir baş verib, daha öncə belə bir hərəkətə yol verməmişdir. Polis Şöbəsində ona qarşı heç bir fiziki təzyiq olmamış, əsəbi və sərxoş olduğu üçün özü başı ilə divara zərbə vurmuşdur. Atası xəstədir, ailəyə özü baxır. Barəsində həbslə əlaqədar olmayan tənbeh təyin edilməsini xahiş etmişdir. . Əlavə olaraq əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirmişdir ki, şəxsi əvvəllər tanımamışdır. Əməliyyat qrupu ilə xidmətdə olan zaman 1 nömrəli məktəbin yanında fəaliyyət göstərən bilyard salonundan iki nəfər xanımın oradan çıxdıqlarını görmüşlər. Şəxs dostu Kənan adlı şəxs xanımlardan birinə yumruqla vurmuş, qız yerə yıxılmışdır. Onlar baş vermiş hadisə ilə bağlı Şəxs dostu X7 aparmışlar. Bu zaman Şəxs yaxınlaşaraq Kənanın onun dostu olduğunu və özünün Qarabağ Müharibəsi qazisi olduğunu bildirmişdir. Polis əməkdaşları ona məsələnin onunla bağlı olmadığını və getməsi bildirmişlər. Lakin Şəxs taksiyə əyləşərək Polis şöbəsinin qarşısına gələrək sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməyə başlamışdır. Növbətçi hissənin əməkdaşları vətəndaşı nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz hərəkətlərini davam etmişdir. Daha sonra isə Şəxs mobil telefonu vasitəsilə onları videogörüntüyə almağa başlamışdır. Bu zaman o polis əməkdaşlarına bildirmişdir ki, vətəndaşı Polis şöbəsinə gətirsinlər. Polis Şöbəsinə gətirildikdə Şəxs qeyri-adekvat hərəkətlər etməyə başlamışdır. Polis şöbəsinin dəhlizində saxlanılmış 6 nəfər xanım olduğu halda, vətəndaş onların yanında nalayiq ifadələr işlətmişdir. Ucadan səs-küy salaraq dəfələrlə özünün qazi olduğunu bildirmiş, başını divara vuraraq özünə yüngül xəsarət yetirmişdir. Onlar məcbur olub, şəxsin qollarına qandal taxmışlar. Bir az müddət keçdikdən sonra Şəxs sərxoşluq dərəcəsinin müəyyən olunması üçün Xəstəxanaya aparmışlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatdan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, ictimai qaydanı pozmuş və polis əməkdaşına tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən olunur ki, həmin tarixdə, saat 05 radələrində Xaçmaz RPŞ-nin NBM-nə yaxınlaşan özünü qazı kimi təqdim edən Xaçmaz şəhər sakini xx.xx.2000-ci il təvəllüdlü Şəxs xidmət aparan əməkdaşlara kobud davranaraq qohumunun yanına gəlməsini bildirmişdir. Ona NBM-də xidmət aparan əməkdaşlar ətraflı izah verməsinə baxmayaraq içəri daxil olmağa cəhd edərək iş rejimini pozduğundan onu RPŞ-nin dəhlizinə gətirmişdirlər. Şəxs eyni ilə dəhlizdə də ucadan səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymayaraq Növbətçi hissənin, əməliyyat qrupunda olan əməkdaşların iş rejimini fasiləsiz olaraq kobudcasına pozmuşdur. - “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 23 aprel 2025-ci il tarixdə, saat 05:10-da Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci ildə, saat 05 radələrində sərxoş halda Xaçmaz RPŞ-nin NBM-də və inzibati binasında ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq iş rejimini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, eyni zamanda ailə vəziyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 31.4- 1-cü maddəsi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-718/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-718/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver