Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-719/2022 06.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərardadından verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxılır, müəyyən etdi: X10 oğlu şikayətlə məhkəməyə müraciət edərək Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli, № EP ******* saylı qərardadının ləğv edilərək ötürülmüş müddətin bərpa edilməsi və barəsində qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli, EP № 0031379, EP № 0031363, EP № ******* və EP № ******* qərarlardan verdiyi şikayətin baxılması üçün icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X4 28 oktyabr 2021-ci il tarixli, EP № ******* qərarı ilə barəsində çıxarılmış qərara əsasən 800000.00 Rusiya rublu məbləğində vəsaiti 10.09.2019-cu il tarixində xaricə köçürməyi və 2 il müddət keçməsinə baxmayaraq 800000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməməyi müəyyən edilmişdir. Nəticə olaraq o, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə, 800000.00 Rusiya rublu məbləğində cərimə edilmişdir. Daha sonra həmin qərardan Xaçmaz rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək şikayət ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə 3(067)-456\2022 saylı, 01,03.2022-ci il tarixli qərardad qəbul etmişdir. Qərardadda qeyd edilir ki, “İnzibati tənbeh vermə haqqında qərarlar 28 oktyabr 2021-ci il tarixində qəbul edilsə də, şikayət məhkəməyə 28 fevral 2022-ci il tarixində daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdə inzibati tənbehvermə haqqında qərarların şikayətçiyə nə vaxt rəsmi qaydada təqdim edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Bu səbəblə də həmin qərardan şikayət verilməsi müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır.” Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru X4 28 oktyabr 2021-ci il tarixli, EP № ******* qərarına münasibətdə ötürülmüş müddətin üzrlü hesab olunması barədə qərar qəbul edilməsi barədə ərizə ilə müraciət etmişdir. Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli, № EP ******* saylı qərardadı (şikayətə əlavə edilir) ilə müddət bərpa edilməmişdir. Mərkəzi Bank qərardadında müddətin bərpa edilməməsi ilə bağlı qeyd edir ki, inzibati xəta haqqında iş üzrə 28 oktyabr 2021-ci il tarixli, EP № ******* qərarı onun etibarnamə üzrə nümayəndəsi X8 11.02.2022-ci il tarixində qəbzə imza atmaqla qəbul etmişdir. Xaçmaz Rayon Məhkəməsinə isə 28.02.2022-ci il tarixində müraciət etmişdir. Yəni ki, Mərkəzi Bank hesab edir ki, o, şikayət verilmə müddətini ötürmüş və müddətin bərpa edilməsi ilə bağlı heç bir üzrlü səbəb yoxdur. Hesab edir ki, sözü gedən qərardad aşağıda qeyd elədiyi səbəblərə görə əsassızdır, ləğv edilməli və müddət bərpa edilməlidir. Belə ki, Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli, № EP ******* saylı qərardadında birbaşa qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə 28 oktyabr 2021-ci il tarixli, EP № ******* qərar etibarnamə üzrə nümayəndəsi X8 11.02.2022-ci il tarixində qəbzə imza atmaqla qəbul etmişdir və o, həmin qərardan verdiyi şikayəti 17.02.2022-ci il tarixində poçta təqdim etmiş, (müvafiq poçt qəbzi şikayətə əlavə edilir). Göründüyü kimi hər iki sənəd sübut edir ki,onun tərəfindən şikayət verilmə müddəti ötürülməmişdir. Mərkəzi bankın qərardadı əsassızdır və ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsi 01.03.2022-ci il tarixli, 3(067)- 456/2022 saylı qərardadında qeyd etmişdir ki, şikayətçi mübahisələndirdiyi qərarların ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətə əlavə edib təkrarən məhkəməyə müraciət edə bilər. Mərkəzi Bankın müvafiq qərardı məhkəmənin qeyd elədiyi müvafiq qərar qismində çıxış etməklə qərarların rəsmi hansı tarixdə əldə edilməsini təsdiq edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsaən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on ün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Mərkəzi Bankın 15 mart 2022-ci il tarixli EP0031364 nömrəli qərardadından müəyyən edilir ki, X3 nümayəndəsi X1 Banka müraciət edərək qeyd edilən qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. Sözügrdən qərar 11.02.2022-ci il tarixdə qəbzə imza atmaqla X5 rəsmi qaydada təqdim olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 mart 2022-ci il tarixli EP0031364 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Qərardaddan qəsmi qaydada verildikdən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-719/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-719/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver