Məhkəmə qərarları › İş №3(067)-719/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-719/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-719/2025 16.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət verən şəxs X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 10 mart 2025-ci il tarixli, MN №1808159 saylı inzibati tənbeh vermə haqqında qərarından X16 tərəfindən verilmiş şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X16 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X11 tərəfindən onun barəsində tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN №1808159 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X16 ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin X11 (bundan sonra “Müfəttişlik” adlanacaq) tərəfindən 26 fevral 2025-ci tarixli MN seriyalı ******* №-li Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Həmin protokol əsasında 10 mart 2025-ci il tarixində MN ******* №-li inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 1000 (min) manat cərimə tətbiq edilmişdir. “Qərar”ın müəyyən edildi bölməsində qeyd edilmişdir ki, “X2 Peşə Liseyində işdən azad olunarkən ona çatmalı olan son-haqq hesab natamam və gecikdirilərək ödənilmişdir. X1 X30 xx.xx.2023-cü il tarixindən xx.xx.2024--cü il tarixinədək müddətli müqavilə ilə zəruri ehtiyac yarandığı üçün vakant olan “Aşpaz” qrupuna istehsalat təlimi ustası təyin olunmuşdur. xx.xx.2024-cü il tarixində onun əmək müqaviləsinə xitam verilmişdir. X6 əməkhaqqısı X28 büdcədənkənar vəsaiti (təhsil haqları) hesabına ödənildiyindən, keçmiş baş mühasib Qızqayıt Əsədova tərəfindən həmin vəsaitlərin mənimsənilməsi səbəbindən hesabda vəsait qalmamışdır. Bununla əlaqədar olaraq 2024-cü ilin yanvar, fevral və mart aylarının əməkhaqqısı yalnız iyun ayında ödənilmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixindən toplanmış yeni vəsaitlər hesabına 2024-cü ilin dekabr ayında Gülşad Heydərova üçün aprel, may, iyun aylarının əməkhaqqısı və son haqq-hesab ödənilmişdir. O, X14, xx.xx.2023-cü il tarixindən X27 təlim və tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş və həmin tarixdən etibarən direktor haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər cərimə tətbiq edilmişdir. vəzifəsini icra edir. Müraciəti əsasında 22-26 yanvar 2024-cQ il tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən X27 monitorinq aparılmışdır. Monitorinq zaman, keçmiş baş mühasib Qızqayıt Əsədovanın qanunsuz əməlləri nəticəsində 70.591.75 manat məbləğində vəsaitin mənimsənildiyi aşkar edilmişdir. Bu səbəbdən, o, 22.02,2024-cü il tarixindəki Xaçmaz Rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Dəymiş zərər və əlavə 25% məbləğində vəsait sabiq direktor X4 və keçmiş baş mühasib X17 tərəfindən dövlət büdcəsinə ödənilmişdir. 2024-cü ilin may ayında Qızqayıt Əsədova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Bundan əlavə, yoxlama zamanı müəyyən olunmuşdur ki, 2023-cü ili əhatə edən dövrdə keçmiş baş mühasib Qızqayıt Əsədova öz iş otağında əməkhaqqı cədvəllərini və digər mühasibat sənədlərini məhv etmişdir. Bu səbəbdən, vətəndaş X7 Xaçmaz Peşə. Liseyinə məxsus əməkhaqqı kartına dair xx.xx.2022-xx.xx.2024-cü illəri əhatə edən çıxarış tələf olunmuşdur. Çıxarış əsasında müəyyən edilmişdir ki, ona mütəmadi olaraq əməkhaqqısı ödənilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 10 ay 5 gün işlədiyi halda, onun əməkhaqqısı aylıq 554.43 manat olduğu halda, hesabına ümumilikdə 10.908.15 manat vəsait köçürülmüşdür. Əlavə olaraq, əmək müqaviləsi bitdikdən sonra, xx.xx.2023-cü il tarixində onun hesabına 990 manat məbləğində qanunsuz əməkhaqqısı köçürülmüşdür. O, bu faktı ondan gizlətmiş və keçmiş baş mühasib Qızqayıt Əsədovanın qanunsuz əməllərinə şərik olmuşdur. Belə ki, X31 dövlət büdcəsindən maliyyələşir. Mübahisəyə səbəb olan məbləğ isə büdcədənkənar vəsaitlər hesabına ödənilməli olan dərslərlə bağlıdır. Qeyd olunan vəsaitlərini toplanmaması səbəbindən həmin ödənişləri həyata keçirmək mümkün olmamışdır. Büdcədənkənar vəsaitlər üzrə tələb olunan məbləğin toplanması və ya büdcədən müvafiq vəsait ayrıldığı halda ödənişin həyata keçiriləcəyini bildirir və bu məsələyə anlayışla yanaşılmasını xahiş edir. “Müfəttişli”yin qanunvericiliyi təhrif etməsi ilə yanaşı məsələyə qərəzli olaraq yanaşması halını göstərmək üçün yuxarıda qeyd edilənlərlə yanaşı bildirir ki, vətəndaş öz şikayətində yalnız onun son haqq hesabınının natamam ödənilməsindən şikayət etdiyi halda, "Müfəttişlik” vətəndaşın şikayət etmədiyi başqa bir məsələyə, yəni son haqq hesabın gec ödənilməsi məsələsinə müdaxilə etmiş, bununla da yoxlamalara qanuma qadağa qoyulduğu halda planlı yoxlamaya aid və şikayətlə bağlılığı olmayan məsələni araşdırmaqla səlahiyyətlərindən sui-istifadə etmişdir. Dəfələrlə şahidi olmuşdur ki, “Müfəttişli”yin bir sıra əməkdaşları işəgötürənin özünü müdafiə üçün verdiyi düzgün izahatları nəzarət orqanı olaraq ambisiyaları baxımından qəbul etmir və işəgötürənlərlə sosial tərəfdaş olaraq konstruktiv işləmək istəmir. Odur ki, barəsində tətbiq edilmiş “Qərar” tam əsassız və qanunsuzdur. Həmçinin, “Müfəttişlik” onun təqsirli olmağı barədə sübutları ona təqdim edilməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs - X16 şikayət ərizəsinda yazılanlara uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, Əmək Müfəttişiliyi tərəfindən işdən çıxarılmış işçinin son haqq-hesabının natamam və gecikdirilərək ödənilməsinə görə cərimə olunmuşdur. Həmin cərimə ilə razı deyil. Belə ki, şikayət verən Gülşad, rəhbəri olduğu məktəbdə müəllim vəzifəsində işləmiş, yaş həddinə görə işdən azad edilmişdir. İşdən çıxarılmış müəllimin fəaliyyəti araşdırılmış və həmin müəllimin hesabına əlavə pullar köçürüldüyü müəyyən olunmuşdur. O, liseyin keçmiş mühasibi ilə əlbir olmuş və liseyin büdcəsindən pul mənimsəmişlər. Bu səbəbdən də, büdcədə pul olmadığına görə əməkhaqqısı tam ödənilməmişdir. Onun müəssisə rəhbəri olaraq mənimsənilən əməkhaqqını birbaşa ödəmək səlahiyyəti yoxdur. Çünki məniməsənilmiş pullar keçmiş mühasib tərəfindən dövlət büdcəsinə qaytarılmışdır. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinə şifahi olaraq məlumat vermiş, oradan qeyri-rəsmi şəkildə cavab gəlmişdir ki, peşə məktəbi ilə lisey birləşərək publik hüquqi şəxs olduqdan sonra həmin müəllimənin əməkhaqqı ödəniləcəkdir. O, bu cavabı Əmək Müfəttişliyinə bildirsə də, buna məhəl qoymamışlar. Buna görə də həmin qərarın əsassız olduğunu hesab edir və ləğv olunaraq, xitam verilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X9 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 10 mart 2025-ci il tarixli, MN №1808159 saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X8 tapşırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 10 mart 2025-ci il tarixli, MN №1808159 saylı qərarının surətindən müəyyən olunur ki, X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin inzibati xəta hadisəsinin mövcudluğunu sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, X27 vəzifəsindən azad olunmuş X6 işdən azad olunarkən ona çatmalı olan son-haqq hesabın natamam və gecikdirilərək ödənilməsi məsələsində yol verilmiş pozuntunun hüquqi məsuliyyətinin həmin müəssisənin rəhbəri X9 üzərinə düşübdüşməməsi müəyyən edilmədiyindən, habelə bu məsələdə ziddiyyətli və qeyri-müəyyən hallar olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X11 tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına və işin hallarına əsasən şikayət qismən təmin edilməli, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 10 mart 2025-ci il tarixli, MN №1808159 saylı qərarı ləğv edilməli, X9 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X8 tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X9 barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 10 mart 2025-ci il tarixli, MN №1808159 saylı qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X8 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar