Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-722/2021 22.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx xxx 1988-ci ildə anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri, Ə.Hacıyev ev 10, mənzil 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 20.07.2021-ci il tarixdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsində ucadan nalayiq söyüşlər söydükdə, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib sakitləşməsini, qanuna riayət etməsini tələb etdikdə onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs 20.07.2021-ci il tarixdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsində ucadan nalayiq söyüşlər söydüyünü, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib sakitləşməsini, qanuna riayət etməsini tələb etdikdə onların qanuni tələblərinə tabe olmadığını bildirmişdir. Əməlindən peşmandır və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh növünün seçilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında 20 iyul 2021-ci il tarixli, MN ******* №-li protokolla sübuta yetirilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, onun himayəsində 5 azyaçlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən, əvvəllər inzibati tənbehə məruz qalmasını və cinayət məsuliyyətinə cəlb edilməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alaraq, onun barəsində inzibati cərimə təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-722/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-722/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver