Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-723/2021 23.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri Əlif Hacıyev küçəsi ev 10, mənzil 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Xaçmaz rayon məhkəməsinin 2021 saylı 01 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasi İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir. Həmçinin Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlələk vəz iyyətdə saxlanması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Şəxs ictimai işlərə cəlb etmək məqsədilə probasiya qrumuna dəvət edilmiş, onun izahatı alınmış, hüquq və vəzifələri izah edilmiş və ona 19.05.2021-ci il tarixdə Xaçmaz mənzil Kommunal təsərrüfatı idarəsinə gedib ictimai işlə təmin olunmasından üçün müraciət etməsi barədə göndəriş verilmişdir. R. Hümbətov Xaçmaz mənzil Kommunal təsərrüfatı idarəsində qeydiyyata alınmış, onun iş yeri Xaçmaz şəhəri, H.Əliyev küçəsi təyin edilmişdir. Həmçinin Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlələk vəziyyətdə saxlanması üçün elektron nəzarət vasitəsi təhvil verilmişdir. Lakin R. Hümbətov Xaçmaz mənzil Kommunal təsərrüfatı idarəsinə qeydiyyata alınsa da ictimai işləri yerinə yetirəcəyi yerə işə çıxmamışdır. Bununla bağlı Şəxs müvafiq izahatı alınmış, o, izahatında başqa işləri olduğuna , bağlara gilas yığmaqa geddiyinə və digər işlərdə işlədiyinə görə ictimai işlərə çıxmadıqını bildirmişdir. Şəxs həmçinin ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlələk vəziyyətdə saxlanması üçün təhvil verilmiş elektron nəzarət vasitəsinə müdaxilə edib, qurğunu sökərək batereykasını çıxarıb öz mobil telefonuna qoymuş, qurğunun digər hissələrini sökdükdən sonra itirmişdir, bildirdiyinə görə daha sonra batereykanı qoyduğu mobil telefonu da itirmişdir. Ona ictimai işləri boyun qaçırdığı halda inzibati tənbeh kimi təyin edilmiş ictimai işlərin 3 ayadək müddətə inzibati həbslə əvəz ediləcəyi izah edilməsinə baxmayaraq R. Hümbətov ictimai işlərə ümumiyyətlə çıxmamış, ona təhvil verilmiş elektron nəzarət vasitəsinə müdaxilə edərək sökmüş və tamamilə yararsız hala salmışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2021 saylı 01 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasi İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir. Həmçinin Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlələk vəz iyyətdə saxlanması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Şəxs ictimai işlərə cəlb etmək məqsədilə probasiya qrumuna dəvət edilmiş, onun izahatı alınmış, hüquq və vəzifələri izah edilmiş və ona 19.05.2021-ci il tarixdə Xaçmaz mənzil Kommunal təsərrüfatı idarəsinə gedib ictimai işlə təmin olunmasından üçün müraciət etməsi barədə göndəriş verilmişdir. R. Hümbətov Xaçmaz mənzil Kommunal təsərrüfatı idarəsində qeydiyyata alınmış, onun iş yeri Xaçmaz şəhəri, H.Əliyev küçəsi təyin edilmişdir. Həmçinin Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlələk vəziyyətdə saxlanması üçün elektron nəzarət vasitəsi təhvil verilmişdir. Lakin R. Hümbətov Xaçmaz mənzil Kommunal təsərrüfatı idarəsinə qeydiyyata alınsa da ictimai işləri yerinə yetirəcəyi yerə işə çıxmamışdır. Bununla bağlı Şəxs müvafiq izahatı alınmış, o, izahatında başqa işləri olduğuna , bağlara gilas yığmaqa geddiyinə və digər işlərdə işlədiyinə görə ictimai işlərə çıxmadıqını bildirmişdir. Şəxs həmçinin ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlələk vəziyyətdə saxlanması üçün təhvil verilmiş elektron nəzarət vasitəsinə müdaxilə edib, qurğunu sökərək batereykasını çıxarıb öz mobil telefonuna qoymuş, qurğunun digər hissələrini sökdükdən sonra itirmişdir, bildirdiyinə görə daha sonra batereykanı qoyduğu mobil telefonu da itirmişdir. Ona ictimai işləri boyun qaçırdığı halda inzibati tənbeh kimi təyin edilmiş ictimai işlərin 3 ayadək müddətə inzibati həbslə əvəz ediləcəyi izah edilməsinə baxmayaraq Şəxs ictimai işlərə ümumiyyətlə çıxmamış, ona təhvil verilmiş elektron nəzarət vasitəsinə müdaxilə edərək sökmüş və tamamilə yararsız hala salmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2021 saylı 01 mart 2021-ci il tarixli qərarına əsasən ona Azərbaycan Respublikasi İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir. Həmçinin üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlələk vəz iyyətdə saxlanması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Lakin o, həmin elektron vasitələri bilərəkdən yararsız hala salmışdır. Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə ictimai işlər cəzasını çəkmək istəmir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 3(067)-188/2021 saylı 01 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasi İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və öz izahatı ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən, saat 10:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-723/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-723/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver