Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-723/2025 24.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi X7 zərərçəkmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1967-ci il təvəllüdlü, Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Əsəsdulla oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Əsəsdulla oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 24 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs Əsəsdulla oğlu 23 aprel 2025-ci il tarixdə, saat 18:00 radələrində sərxoş vəziyyətdə özünün yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısında, küçədə həyat yoldaşı X2 və gəlini X4 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Əsəsdulla oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Polis X11 Bölməsinin İTB-nin polis sahə rəisi X10 izahatında göstərmişdir ki, protokolu özü tərtib etmişdir. Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:00 radələrində sərxoş vəziyyətdə küçədə gəlini Nigar və arvadı Rəhimə Tarverdiyevanın ünvanına nalayiq ifadələr işlədərək, onları söyüb təhqir etmişdir. Bununla da zərərçəkmiş arvadı Rəhimə Tarverdiyevanın şikayətinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Şikayət edən şəxs həyat yoldaşı Rəhimə Tarverdiyevadır. O, bir neçə dəfə Şəxs bağışladığını, lakin onun bu əməllərindən əl çəkmədiyini bildirərək, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, artıq bir neçə dəfə bu hərəkətlərinə görə onu bağışlamışdır. Küçədə qonşuların eşidəcəyi səs tonu ilə onu və gəlini küçə söyüşləri ilə söyür və təhqir edir. O, artıq buna dözə bilmir. İçki düşkünüdür. Aptekdən spirt belə alıb içir. Barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs Əsəsdulla oğlu törətdiyi xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, içkili olmuşdur. Əməlindən peşmandır. Bir daha belə hal olmuyacağına söz verir. Onu bağışlasınlar. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, bu ailə ilə 15 ildir ki, qonşudurlar. Hər gün nalyiq ifadələr, söyüş və təhqir eşidirlər. Evdə ailə üzvləri ilə birgə otura bilmir. Nalayiq küçə söyüşləri ilə öz ailə üzvlərini söyüb, təhqir edir. Hər gün içkili vəziyyətdə olur. Polis əməkdaşları tərəfindən bir neçə dəfə profilaktik söhbətlər aparılmışdır. O, özü də Polis əməkdaşıdır. Yaşı ilə ondan çox böyükdür, ağsaqqaldır. Onun xəta törədənə öyüd verməyi yaxşı çıxmaz. Ona görə də bir neçə dəfə oğluna xəbərdarlıq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Əsəsdulla oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 24 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və şahidin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Əsəsdulla oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Əsəsdulla oğlunun ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs Əsəsdulla oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və Аzərbаycаn Rеspublikаsının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Əsəsdulla oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əsəsdulla oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-723/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-723/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver