Məhkəmə qərarları › İş №3(067)-724/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-724/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-724/2020 10.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Protokolu tərtib edən şəxs Adıgözəlov Faqil Həsən oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkən şəxs X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qaracəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)- 3099/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(067)-699, xx.xx.2020-ci il tarixli icra vərəqələrinə əsasən ümumilikdə 1930 manat məbləğində aliment alınaraq, X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)- 3099/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(067)-699, xx.xx.2020-ci il tarixli icra vərəqələrinə əsasən 1930 manat məbləğində aliment alınaraq, X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs 1930 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin Xaçmaz rayon məhkəməsinin 2(067)- 3099/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(067)-699, xx.xx.2020-ci il tarixli icra vərəqələrinə əsasən 1930 manat məbləğində aliment alınaraq, X2 verilməsi qət edilmişdir. Qərar müvafiq qaydada icraya yönəldilməsi və tələbin könüllü icrasını təmin etmək haqqında bildirişi almışdır. Borclu olduğu məbləğdən xx.xx.2020-ci ildə 600 manat da ödəniş etmişdir. 2 ay karantin rejimi ilə əlaqədar işləməmiş, ödəniş edə bilməmişdir. Hazırda da 115 manat ödəniş etmək istəyir. Ayın sonuna qədər əlavə də ödəniş edəcəkdir. Məhkəmə iclasında zərərşəkən şəxs izahatında bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)- 3099/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(067)-699, xx.xx.2020ci il tarixli icra vərəqələrinə əsasən 1930 manat məbləğində aliment alınaraq ona verilməsi təmin olunmalıdır. Borclu ona ödənişlər etmişdir. Hazırda borclunun ona 1930 manat borcu qalıb. Borcunun ən azı qarısının bu gün ödənilməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1972-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar