Məhkəmə qərarları › İş №3(067)-726/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-726/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-726/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida X1- Xaçmaz regional bölməsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Qida X1-Xaçmaz filialı tərəfindən vətəndaş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Protokollan görünür ki, 29 may 2024-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsi “Kosmos” market fiziki şəxs Şəxs vəzifəli şəxslərin qanuna uyğun yoxlamanın keçirilməsinə maneəçilik törətmiş və səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi Anar Bayramov izahat verərək göstərmişdir ki, vətəndaş şikayəti əsasında Xaçmaz rayonu, Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən “Kosmos” marketdə məhsulların keyfiyyətini yoxlamaq məqsədilə həmin marketə getsə də, fərdi sahibkar Şəxs onları yoxlama yerinə buraxmamış və yoxlamanın keçirilməsinə maneəçilik törətmişdir. Bununla bağlı çəkilən videogörüntüləri də məhkəməyə təqdim etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs inzibati xəta haqqında protokolla razılaşmayaraq, bildirmişdir ki, o, 17 aprel 2024-cü il tarixdən etibarən VÖEN-i müvəqqəti olaraq dondurmuşdur, bu barədə AQTA-nın əməkdaşlarına da demişdir, lakin onlar buna məhəl qoymayaraq, onu vəzifəli şəxs qismində qəbul edərək, inzibati xəta haqqında protokol tərtib etmişlər. Hesab edir ki, o, sahibklarlıq fəaliyyətini dayandırdığı üçün fiziki şəxs qismində məsuliyyətə cəlb olunmalı idi. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materialları və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs inzibati xətanı törətməkdə təqsirli bilməli və fiziki şəxs qismində cərimə olunmalıdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi Anar Bayramov tərəfindən təqdim olunmuş 01 ədəd diskdə olan videogörüntülərdən görünür ki, Şəxs həqiqətən də AQTA-nın əməkdaşlarını yoxlama yerinə buraxmamış və yoxlamanın keçirilməsinə maneəçilik törətmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron çıxarışından görünür ki, vergi ödəyicisi Şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırmışdır. İnzibati Xətalar Məcəlləsinin 17.4-cü maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, Şəxs 29 may 20-24-cü il tarixdə İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərkən, VÖEN-i dayandırılmış vəziyyətdə olduğundan, həmin zaman vəzifəli şəxs qismində qəbul edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində 350 manat məbləğində cərimə tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar