Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-729/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İclas katibi Ahmaotov Bəxtiyar Mamat oğlunun katibliyi İnzibati qərardan şikayət verən X3 iştirakı ilə, X3 DİN BDYPİ-nin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli EQ 21285543 saylı qərarından şikayətə baxaraq MÜƏYYƏNETDİ X4 DİN BDYPİ-nin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli EQ 21285543 saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətinə uyğun izahat verərək, ərizəsinin təmin edilərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə tərəfindən rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, habelə şikayətçinin izahatını dinləyərək hesab edir ki, ərizə təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan EQ 21285543 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(067)- 302/2024 saylı Qərarından görünür ki, X1 hüququnu 06 ay müddətinə məhdudlaşdıran Xaçmaz rayon məhkəməsinin 15 mart 2024-cü il tarixli 3(067)-302/2024 saylı qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində inzibati cərimə tənbehi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X1 hüququ Xaçmaz rayon məhkəməsinin 15 mart 2024-cü il tarixli 3(067)-302/2024 saylı qərarı ilə 06 ay müddətinə məhdudlaşdırılıb, sonradan o, yığılmış cəriməni ödəyərək məhkəmə müraciət edərək etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 3(067)-302/2024 saylı Qərarı ilə onun sürücülük hüququnu məhdudlaşdıran Xaçmaz rayon məhkəməsinin 15 mart 2024-cü il tarixli 3(067)-302/2024 saylı qərarı ləğv edilsə də, həmin qərar xx.xx.2024-cü il tarixdə yəni inzibati xətanın baş verdiyi tarixdə hələ qüvvəsini almamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, DİN BDYPİ-nin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli EQ 21285543 saylı qərarı əsaslı və qanunidir və dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin . DİN BDYPİ-nin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli EQ 21285543 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada alındığı gündən on gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-729/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-729/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver