Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-73/2022 24.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 08 iyul 2021-ci il və 05 avqust 2021-ci il tarixllərdə “Opel Astra” markalı, 99TV495 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı, ******* və EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun hər bir protokol üzrə 10 manat miqdarında cərimə olunması barədə qərarlar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qərarların, protokolların surətlərini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 24 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Xaçmaz rayon X4 X5 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Baş X8 İdarəsinin Mərkəzi məlumat bazasından çıxarışın surətindən müəyyən olunur ki, Şəxs 08 iyul 2021-ci il və 05 avqust 2021-ci il tarixllərdə “Opel Astra” markalı, 99TV495 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı, ******* və EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun hər bir protokol üzrə 10 manat miqdarında cərimə olunması barədə qərarlar çıxarılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişlərdən və poçt xəbərnamələrindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs Xaçmaz rayon X4 X5 İnzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X3 tərəfindən rəsmi bildirişlər göndərilməklə ona barəsində tərtib edilmiş EQ seriyalı, ******* və EQ seriyalı, ******* nömrəli protokollar üzrə təyin edilmiş cərimələri müəyyən olunmuş müddət ərzində bank vasitəsilə ödəməsi barədə bildirilmiş, cərimələri göstərilən müddətdə ödəmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə ona xəbərdarlıqlar edilmişdir. İş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışlardan görünür ki, Şəxs EQ seriyalı, ******* və EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarla İnzibati Xətalar Məcəlləsinin 328.1 və 328.2-ci maddələri ilə təqsirli bilinərək 10 manat və 10 manat məbləğlərində cərimə olunmasına baxmayaraq həmin cərimələri və onlara əsasən hesablanmış dəbbə pullarını ödəməmişdir. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən EQ seriyalı, ******* və EQ seriyalı, ******* nömrəli qərarlar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-73/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-73/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver