Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-730/2020 24.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP-3850269 saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə müraciət edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP-3850269 saylı qərarı ilə Azərbaycan Respublikası İXM- 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində Xaçmaz rayonu Armudpadar kəndi ərazisində 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin ərazidə meyvə bağı salmışdır. xx.xx.2020-ci ildə idarə etdiyi “ Mersedes Benz C 180” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomaçınla torpaq sahəsinə getmək istəmişdir ki, orada işləsin. Xaçmaz-Quba qolunun ikinci km-də DYP-nin əməkdaşları onu saxlayaraq epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və katantin rejimlərinin pozulmasına görə ona İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə yazmışdır. Polis əməkdaşına bildirmişdir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara görə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər icazə almadan da fəaliyyət göstərən fiziki və hüquqi şəxslər icazə almadan da fəaliyyət göstərə bilərlər, lakin YPX-nin əməkdaşları ona əhəmiyyət verməyərək, inzibati tənbeh vermə haqqında qərar tərtib etmişlər. Beləliklə, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara məhəl qoymadı. Həmin vaxt karantin rejiminə uyğun olaraq maskadan, dezinfeksiyaedici vasitələrdən də lazımınca istifadə etmiş və bununla əlaqədar ona heç bir irad da bildirilmədi. Tərəfindən qanunda nəzərdə tutulmuş Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı baş verməmişdir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz RPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında xx.xx.2020-ci il tarixli TP-3850269 saylı qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğuna görə 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Elektron Hökumətin İnkşafı Mərkəzinin icaze.e-gov.az saytından çıxarışdan müəyyən olunur ki, X2 icazə verildiyi tarix xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi göstərilmişdir. Bununla yanaşı məhkəmə iclasında X2 xx.xx.2020-ci il tarixdə karantin qaydalarına uyğun olaraq rəsmi şəkildə icazə olub-olmamasına dair sual ünvanlansada, o, bildirmişdir ki, onun xx.xx.2020-ci il tarixdə rəsmi icazəsi olmamışdır, lakin ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən şifahi şəkildə razılıq verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP-3850269 saylı qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP-3850269 saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP-3850269 saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-730/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-730/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver