Məhkəmə qərarları › İş №3(067)-731/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-731/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-731/2022 22.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, X2 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 18 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X6 X8 dövlət avtomobil müfəttişi polis kapitanı X3 tərəfindən onun barəsində qəbul edilmiş 18 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 01 avqust 2021-ci il tarixdə saat 11:25 radələrində idarə etdiyi “VAZ 21074” markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba Xaçmaz istiqamətində hərəkətdə olarkən, Xaçmaz rayon X6 X11 Yol Patrul Xidmətinin inspektoru Fəqan adlı polis serjantı ona dayanam əmri verdiyindən nəqliyyat vasitəsini dayandırmışdlr. Polis serjantı Fəqan adlı şəxs ona bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı palçıq olduğundan oxunması mümkün olmamışdır. Halbuki, 01 avqust 2021-ci il tarixdə hava 39 dərəcə isti olub. Polis serjantı Fəqan bundan sonra ona nəqliyyat vasitəsindən düşməyini və alkotestr müayindən keçməyini bildiriyi üçün o, alkotestrdən müayindən keçmiş və ona sərxoş olduğunu bildirərək nəqliyyat vasitəsini əlindən alınaraq Xaçmaz rayon Polis Şöbəsinin duracağını yerləşdirilmişdir. O, həmin vaxt Fəqana ümumiyyətlə içki qəbul etmədiyini bildirməsinə baxmayaraq Xaçmaz rayon X13 Patrul Xidmətinin polis kapitanı X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1 və 332.1-ci maddələri ilə protokol tərtib edilmişdir. 18 avqust 2021-ci il tarixdə Xaçmaz rayon X6 X11 polis kapitanı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Fəqan adlı polis serjantı ona bildirmişdir ki, yerində həll etmək istəyirsə 300 manat versin. O, spirtli içki qəbul etmədiyini və nəyə görə şər atdığını bildirmişdir. Fəqan ona 300 manat pul verməzsə 400 manat cərimə edərək köçürtdürəcəyini bildirmişdir. Fəqan onunla razılaşmayaraq onu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparıb içki içib içməməsi ilə bağlı müayindən keçirilmiş və onun içkili olmadığı müəyyən edilmiş və bu barədə arayışda verilmişdir. Onlara bu arayışı təqdim edilməsinə baxmayaraq heç bir faydası olmamışdır. Bir müddət sonra onun yaşadığı ünvana məktub gələrək 400 manat cəmiə olunması bildirilmişdir. Dəfələrlə o, Xaçmaz rayon X6 X14 yaxınalaşaraq barəsində qəbul edilmiş qərarı təqdim edilməsini istəsədə, müxtəlif bəhanələrlə barəsində qəbuyl edilmiş qərarın ona verilməmişdir. Bundan sonra o, vəkilnən Xaçmaz rayon X6 X14 yaxınlaşdıqdan sonra qərar ona təqdim edilmişdir. Həmin qərarı o, rəsmi qaydada 08 aprel 2022-ci il tarixdə almışdır. Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Xaçmaz rayon X6 X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 01 avqust 2021-ci il tarixdə saat 11:25 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu Xudat şəhərində Yalama kəndi istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını həyat keçirdiyi müəyyən edimiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 342.1.7, 333.1 və 332.1-ci maddələrinə əsasən qərar qəbul olunmuşdur. İş materiallarında olan 01 avqust 2021-ci il tarixli, 237 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X4 01.08.2021-ci il tarixdə saat 13:30da müayinədən keçirilmiş və müayinənin nəticəsi olaraq onda həmin vaxt sərxoşluq halı müəyyən edilməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində Xaçmaz X6 Yol Polis Bölməsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xaçmaz rayon X6 X11 dövlət avtomobil müfəttişi polis kapitanı X3 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üzrə bütün faktiki hallar araşdırılmamış, habelə yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz rayon X6 X11 dövlət avtomobil müfəttişi polis kapitanı X3 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7, 333.1 və 332.1-ci maddələri ilə qəbul olunmuş 18.08.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Xaçmaz rayon X6 X12 göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar