Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-732/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi Tağıyev Elçin Tofiq oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin X5 nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin X8 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs MMC-nin X8 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs MMC-nin X8 tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə vaxtında məlumat təqdim edilməmişdir. Bununla da Şəxs MMC-nin X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin X8 tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə bu günədək məlumat təqdim edilməmişdir. 5 gün müddətində sənəd təqdim olunmadığı üçün protokol tərtib edilmişdir. Bununla da Şəxs MMC-nin X8 Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Lakin hesab edir ki, bayram günləri olduğundan bu müddət nəzərə alınmamaqla iş üzrə icraata xitam verilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin X5 nümayəndəsi izahatında bildirmişdir ki, 18.03.2022-ci il tarixdə saat 18-00 radələrində məktubu almışlar, lakin 19.03.2022-ci ildən 28.03.2022-ci ilədək bayram günləri olduğu üçün 28.03.2022-ci ildə cərimə ödənilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin X8 Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin X8 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-732/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-732/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver