Məhkəmə qərarları › İş №3(067)-732/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-732/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-732/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X11 Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X5 rayon məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Qərarın surəti ona xx.xx.2023-cü il tarixdə verilmişdir. Qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 01 iyun 2023-cü il tarixli MN №-li ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi göstərilir: “Xaçmaz rayonu, Sibiroba kəndi istiqamətində Xəzər dənizində qadağan olunmuş müddətdə istifadəsi qanunla qadağan edilmiş sintetik torla bir ədəd Xəzər qızıl balığı ovlamışdır. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Qərarla qətiyyən razı deyil. Onun əməlində inzibati xətanın tərkibi yoxdur. Belə ki, fərdi sahibkar X6 ilə ona məxsus taxta qaytqla balıq tutur və fərdi sahibkarın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 02 fevral 2023-cü il tarixli, 65/1 nömrəli balıqovlama biletində ona müxtəlif növ balıq tutulması üçün xx.xx.2023-cü ilədək icazə verilmişdir. xx.xx.2023-cü il tarixdən balıq ovlanmasına icazə verilməsə də, fərdi sahibkarın müraciəti əsasında dənizdə quraşdırılmış torların 20 may 2023-cü il tarixədək çıxarılmasına icazə verilmişdir. Belə ki, qadağaya qədər quraşdırılmış torlar dənizdə qalırdı, çünki hava şəraiti ilə əlaqədar dənizə girmək mümkünsüz olmuşdur. Dənizdən torları çıxararkən torların üzərində olan artıq məhv olmuş balıqlar tərəfindən çıxarılıb atılarkən, yəni istifadəyə yararsız olduğu üçün basdırmaq istədikdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları əsassız olaraq ona cərimə yazmışlar. Həmin vaxt hər hansı protokol tərtib olunmamış, qərarda adı göstərilən Xəzər qızıl balığı müvafiq surətdə qablaşdırılaraq götürülməmiş, balığın istifadəyə yararsız çürümüş vəziyyətdə olmasını müəyyən etmək üçün müvafiq ekspertizaya göndərilməmişdir. Buna baxmayaraq ona 1000 (bir min) manat cərimə hesablanmışdır. Bu səbəbdən də, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X16 şikayətində göstərilənləri təsdiq edərək bildirdi ki, may ayında onlara rəsmi olaraq balıq ovlama torlarının yığışdırmağa icazə verdilər. Torları yığışdırarkən ekologiyanın əməkdaşları yaxınlaşıb onlara protokol tərtib edərək əsassız yerə cərimə yazıblar. Ona görə də şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə inzibati tənbeh vermə haqqında qərarın qanuna uyğun olaraq qəbul edildiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi X10 ifadə verərək bildirmişdir ki, Respublika ərazisində balıq ovu 01 may tarixindən 01 sentyabr tarixədək qadağan edildiyi halda və ov etməyə qadağan edilmiş sintetik torlardan və ovlanması qadağan edilmiş balığın ovalandığını müşahidə edilmişdir. Bundan əlavə olaraq həmin vaxt balıq ovunda şikayətçinin olduğu qayıqda bir çox sintetik tor olduğunu, ancaq onlar həmin torlardan yalnız bir kisəni maddi sübut kimi əldə edə bildiklərini bildirmişdir. Balıq ovu yalnız icazə ilə, dövlət tərəfindən ovu ediləcək vaxta görə, icazəsi nəzərdə tutulmuş balığa görə və balıq ovuna görə nəzərdə tutulmuş ov vasitələri ilə olmalıdır. Ov vasitələri dedikdə sintetik və süni torların ov vasitəsi kimi istifadə edilə bilməz çünki qadağandır. Ov etmək üçün ip vasitəsi ilə toxunmuş torlar var. Hansı ki, həmin torlar biri-birindən gözə görə fərqlənir və həmin tora əyər balaca gözlü tordursa balaca balıqlar, böyük gözlü tordursa böyük balıqlar düşür. Ancaq sintetik dedikləri tora isə bütün su bioresursları düşür və bu da bir çox su bioresurslarının tələf olmasına gətirib çıxarır. Məhkəmə istintaqında şahid qismində dindirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şahid2, məhkəmədə şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi X7 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 16 may 2023-cü il tarixdə Xaçmaz rayonu Sabiroba kənd istiqamətində Xəzər dəniz sahil zolağında qanunsuz balıq ovuna qarşı keçirilmiş reyd zamanı tətbiq olunmuş 79719 saylı akta əsasən götürülmüş bir ədəd təmiz çəkisi 2,8 kq olan Xəzər qızılbalığı bazar qiyməti 13 (on üç) manat məbləğdə hesablanaraq X9 təhvil verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş 17 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 16 may 2023-cü il tarixdə Xaçmaz rayonu, Sabiroba kənd istiqamətində Xəzər dənizə qanunla qadağan olunmuş müddətdə istifadəsi qanunla qadağan olunmuş sintetik torla ovlanmış qanunla qadağan olunmuş Xəzər qızıl balığı 01 ədəd ovlanmış və bu fakta əsasən 16-17 may 2023-cü il tarixdə 79719 saylı akt tərtib edildiyi zaman iş üzrə X13 Ağa oğlu izahat verməkdən imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş foto şəkillərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən keçirilmiş reyd zamanı iş üzrə şikayətçinin olduğu qayıqdan qanunla ov edilməsi qadağan edilmiş içi sintetik torlarla dolu kisələr aşkar edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş poçt xəbərnaməsindən görünür ki, iş üzrə şikayətçiyə barəsində qəbul edilmiş qərar şəxsən özü imza etməklə 22 may 2023-cü il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması inzibati xətaya səbəb olan əməldir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Bu Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Beləliklə, X1 inzibati araşdırma ilə bağlı razı olmaması və dənizdən suyun üzərində bir ədəd ölmüş nərə cinsli balığı görüb onu götürərək sahilə çıxarıb onu itlərə vermək istəmələri ilə bağlı fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, X8 Xidməti tərəfindən şikayətçi Ramin Sadıqov barəsində İXM 272.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işlə bağlı məlumat verilmişdir. Bu hal məhkəmə iclası zamanı şikayətçi Ramin Sadıqovun özü tərəfindən etiraf edilməklə, yanaşı digər mötəbər sübutlar, o cümlədən izahatlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, şikayətçi Ramin Sadıqovun 01 iyun 2023-cü il tarixdə 1 ədəd Xəzər qızıl balığı ovlamaması, habelə dənzidən torları çıxararkən torların üzərində olan artıq məhv olmuş balıqlar tərəfindən çıxarılıb atılarkən, yəni istifadəyə yararsız olduğu üçün basdırmaq istədikləri barədə bildirdikləri də özünümüdafiə xarakteri daşımaqla, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 462 (siyasi partiyalara münasibətdə) 464 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-in 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 54.2- ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.23cü bəndinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İşin faktiki hallarından, tədqiq olunmuş mötəbər sənəd və sübutlardan, habelə bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq, nəinki rayon (şəhər) məhkəmələrinin, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə verilmişdir. Əgər, şikayətçinin qeyd etdiyi inzibati araşdırmanın aparılmasında, həmçinin qərarın qəbul edilməsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin səlahiyyəti olmadığı düşünülsə idi, bu zaman Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi 11 yanvar 2022-ci il tarixli qərarla X16 barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə toplanmış inzibati materialı baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərər, bu tip mübahisənin yaranmasının qarşısını alardı. Eyni zamanda, baxılır dedikdə, bu geniş mənada başa düşülməli, habelə bu, müvafiq orqan tərəfindən zəruri qərarın qəbul edilməsi imkanının olması kimi anlaşılmalıdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin inzibati araşdırmanın aparılmasında, eləcə də Mahəddin Əkbərovun barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə 01 iyun 2023-cü il tarixli inzibati cərimə edilməsi barədə səlahiyyəti olmuş, habelə bu zaman inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 01 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəhruz Məhəmmədovun 01 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar