Məhkəmə qərarları › İş №3(067)-732/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-732/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-732/2024 07.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-994/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2410 manat pulu qərəzli olaraq tələbkar X1 xeyrinə ödəməyərək icra məmurunun qanuni tələbini pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Şəxs sabit pul məbləğində hər ay iki uşağın yetkinlik yaşına çatanadək 360 manat aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Əvvəlki icra sənədi üzrə 260 manat aliment tutulması qət edilmiş, lakin sonradan aliment artırılması ilə əlaqədar icra sənədi daxil olmuşdur. Hazırda hər iki icra sənədi üzrə ödənilməmiş 2410 manat aliment borcu vardır. Borclu 29 may tarixdə icra şöbəsinə dəvət olunmuş izahatı alınmış və ona xəbərdarlıq təqdim olunmuşdur. Həmçinin izah edilmişdir ki, borclu borcu ödəmədiyi təqdirdə barəsində protokol tərtib olunacaqdır. Borclu yaranmış borcdan 200 manat məbləğində pulu 04 iyun 2024-cü il tarixdə ödəniş etmişdir. Qalıq qalmış 2410 manat borcdan isə ödəniş etməmişdir. Borcludan ödəniş edib etməməsi barəsində soruşulduqda o, hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Əlavə olaraq məhkəmə iclasında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, əvvəlcə tələbkar yaranmış borcdan 1000 manatı bir dəfəyə qalan məbləği isə hər ay 360 manat aliment ödənişi ilə birlikdə ümumilikdə 400 manat ödəyərsə, zamanla qalıq borcda silinməsini təklif etmişdir. Lakin hazırda tələbkar yaranmış aliment borcunu tam olaraq tələb edir. Protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ümumi yaranmış 18000 manat aliment borcundan 16000 manatı ödəniyib. Hazırda maddi imkanı yoxdur. Lakin iyun ayı ərzində 1000 manata yaxın ödəniş edə bilər. 04 iyun tarixdə 200 manat ödəniş etmişdir. Özünü təqsirli bilərək həbslə əlaqədar olmayan inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 07 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmişdir. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, iki uşağa görə cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutulmalıdır. -xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -xx.xx.2023-cü il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-994/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş miqdarı dəyişdirilmişdir. X8 xx.xx.2015-ci il təvəllüdlü X4 və 14 may 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X5 verilmişdir. Aliment bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmış. Cavabdeh Şəxs 32 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməsi nəzərdə tutulmuşdur. -xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -Borclunun izahatlarından və ona göndərilmiş xəbərdarlıq məktubundan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüş, lakin borclu hal-hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Sonuncu dəfə 04 iyun 2024-cü il tarixdə ödəniş etmişdir. -Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən onun adında hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar