Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-733/2021 02.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1936-ci ildə Xaçmaz rayonunun Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Gödəkli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02.08.2021-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Protokola əsasən Şəxs 31 may 2021-ci il tarixdə bağ qonşusu İmran Bahadurova məxsus 31 ədəd borunu talamışdır. Zərərçəkmiş şəxs X2 iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında X2 məxsus olan boruları yerdən çıxararaq öz anbarına yığdığını, boruları ona məxsus olan torpaq sahəsində basdırıldığı üçün çıxardığını və əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X4 barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özünə məxsus olan torpaq sahəsində basdırılmış boruları çıxardığını, boruların çıxarılaraq bir kənara qoyulduğunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin həmin boruları talamaq niyyətinin olmadığını, öz torpaq sahəsində basdırıldığı üçün çıxardığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. İşin hallarından müəyyən olunur ki, tərəflər arasında torpaq sahəsinin sərhədləri barədə uzun müddət davam edən mübahisə vardır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 məxsus olan boruların özünə məxsus torpaq sahəsində yerləşdiyini zənn edərək, çıxarmış və anbarda saxlamışdır.Buna görə də, məhkəmə Şəxs boruları talamqa niyyətində olmadığ qənaətinə gəlir və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta materialı üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz RPŞ-dən daxil olmuş material üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-733/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-733/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver