Məhkəmə qərarları › İş №3(067)-733/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-733/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-733/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Xaçmaz RPŞ-nin DYPB-nin nümayəndəsi Tağıyev Elçin Tofiq oğlunun, Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Azərbaycan- Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə vaxtında məlumat təqdim edilməmişdir. Bununla da Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında DYPB-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsi tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə vaxtında məlumat təqdim edilməmişdir. Bununla da Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan-X2 Birgə Müəssiəsinin nümayəndəsi izahatında bildirmişdir ki, həqiqətən də Azərbaycan- Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin avtomobilini idarə etmiş şəxs barədə məlumat vermək üçün DYPB-dən sorğu daxil olmuşdur. 5 gün müddət deyil, bayram günləri olduğu üçün gecikdirmə ilə icra etmişlər. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və inzibati xəta üzrə təqdim olunmuş sənədlərlə sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsinin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan-Türkiyə Toxumçuluq və X4 (ortaq) Müəssiəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüzi) manat məbləğində inzibati cərimə növündə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar