Məhkəmə qərarları › İş №3(067)-735/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-735/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-735/2023 30.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Ekologiya və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN-1290786 saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN-1290786 saylı qərarının ləğv olunması barədə qərar qəbul edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 01 iyun 2023-cü il tarixdə Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Onun əməlində inzibati xətanın tərkibi yoxdur. Belə ki, fərdi sahibkar X6 ilə ona məxsus taxta qayıqda balıq tuturlar və fərdi sahibkarın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 xidmətinin 02 fevral 2023-cü il tarixli 65/1 nömrəli balıqovlama biletində ona müxtəlif növ balıq tutulması üçün xx.xx.2023-cü ilədək icazə verilmişdir. xx.xx.2023-cü il tarixdən balıq ovlanmasına icazə verilməsə də, fərdi sahibkarın müraciəti əsasında dənizdə quraşdırılmış torların 20 may 2023-cü il tarixədək çıxarılmasına icazə verilmişdir. Belə ki, qadağaya qədər quraşdrılmış torlar dənizdə qalırdı, çünki hava şəraiti ilə əlaqədar dənizə girmək mümkünsüz olmuşdur. Dənizdən torları çıxararkən torların üzərində olan artıq məhv olmuş balıqlar tərəflərindən çıxarılıb atılarkən, yəni istifadəyə yararsız olduğu üçün basdırmaq istədikdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları əsassız olaraq ona cərimə yazmışlar. Həmin vaxt hər hansı protokol tərtib olunmamış, qərarda adı göstərilən Xəzər qızıl balığı müvafiq surətdə qablaşdırılaraq götürülməmiş, balığın istifadəyə yararsız vəziyyətdə çürümüş vəziyyətdə olmasını müəyyən etmək üçün müvafiq exspertizaya göndərilməmişdir. Buna baxmayaraq ona 1000 manat cərimə hesablanmışdır. Bu səbəbdən də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 1 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı deyildir. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və X7 nümayəndəsi X4 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, 16 may 2023-ci il tarixdə qadağan olunmuş müddətdə, qanunla qadağan edilmiş sintetik torla, ovlanması qanunla qadağan olunmuş xəzər qızıl balığı ovlanmışdır. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında MN-1290786 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin tələblərini pozduğuna görə 1000 (bir min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında 5 saylı Regional Ekologiya və X7 inzibati tənbeh vermə haqqında MN- 1290786 saylı xx.xx.2023-cü il tarixli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər, qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. X5 xx.xx.2023-cü il tarixində Xaçmaz rayonu,Sabiroba kəndi istiqamətində Xəzər dənizində qadağan olunmuş müddətdə istifadəsi qanunla qadağan edilmiş sintetik torba ovlanması qanunla qadağan olunmuş Xəzər qızıl balığını ovlamışdır. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bunu şikayətçi özü də təkzib etmir. Şikayətçi baş verən inzibati xətanı qanunun icazə verməsi ilə əlaqələndirir ki, bunu məhkəmə gedişatı zamanı sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X7 inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2023-cü il saylı qərarından verdiyi şikayət təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X7 inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2023-cü il saylı qərarı dəyişdirilmədən saxlanılsın.. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar