Məhkəmə qərarları › İş №3(067)-736/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-736/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-736/2024 13.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Şabran rayon məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(031)-65/2024 saylı icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər 220 manat sabit məbləğində aliment pulun alınaraq iş üzrə tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Şəxs göstərilən icra sənədlərinin icrasından qəsdən yayınmışdır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə göstərmişdir ki, Şabran rayon məhkəməsinin qərarına əsasən Şəxs bir uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat məbləğində aliment Zərərçəkmiş şəxs ödənilmələdir. İcra sənədi 14 mart 2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş, borcluya tərəfiminzən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən aliment borcu ilə əlaqədar bu günə qədər heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 1760 manat məbləğində ödənilməmiş aliment borcu vardır və ona görə də barəsində protokol tərtib olunaraq barəsində tədbir görülməsi ilə bağlı məhkəməyə göndərilmişdir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, 23 may 2024-cü il tarixli izahatında 03 iyun 2024-cü il tarixinədək 500-600 manat aliment borcunu verəcəyinə dair söz vermişdir, lakin buna baxmayaraq pulu olmadığı üçün heç bir ödəniş edə bilməmişdir. Bundan əlavə olaraq məhkəmə iclasında suallara cavab verərəkən valideyinləri ilə bir yerdə yaşadığını onların gəlirləri olmadığı üçün maddi cəhətdən onlara kömək etdiyi üçün uşağına olan borcunu ödəyə bilmədiyini, lakin buna baxmayaraq bundan sonra ona çətin də olsa övladının dolanışığına köməklik edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, bir il bir aydır, yəni keçən ilin may ayından atasıa məxsus evdə yaşayır, lakin buna baxmayaraq borclu bu müddət ərzində həmin aliment borcu üzrə heç bir ödəniş etməmişdir. Bundan əlavə olaraq borclu heç bir dəfə də olsun uşağı ilə bu müddət ərzində maraqlanmamışdır. Onla özləri borclu ilə əlaqə saxlayaraq ondan uşağın saxlanılmasında çətinlikləri olduğunu bildirərək onlara bununla bağlı köməklik göstərilməsini tələb etmişələr. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 13 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 13 iyun 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar