Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-738/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, "xxxx" ASC tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə bu vaxtadək məlumat təqdim edilməmişdir. Bununla da "xxxx" ASC Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi izahatında bildirmişdir ki, müəssisəyə məxsus Maz 5334 markalı 27AC277 qeydiyyat nişanlı avtomobiliu idarə etmiş şəxs barəsində müəssisə tərəfindən Xaçmaz RDYP bölməsinə sənədləri poçt vasitəsi ilə 22.10.2021-ci il tarixindən sonra DYPB-nə heç bir sənəd göndərməmişlər. Xaçmaz rayon PŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və inzibati xəta üzrə təqdim olunmuş sənədlərlə sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC (Xaçmaz Eksperimental Konserv ATSC) Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüzi) manat məbləğində inzibati cərimə növündə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-738/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-738/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver