Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-738/2025 03.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yerləşən Şəxs rəhbəri, ünvan 2 ünvanında qeydiyyatda olan. Vəzifəli şəxs Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə tələbi təmin etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Xaçmaz şəhəri, 20 Yanvar küçəsində, yarmarkanın girişində yerləşən tələbkar X3 istifadəsində olan iaşə xidməti obyetkinin giriş-çıxış yolunda borclu Şəxs tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin, həmin obyetkin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin giriş-çıxış yolu bərpa edilməlidir. Qeyd olunan icra sənədi icraatına daxil olduqdan sonra icra tədbirləri təyin edilmiş və bu günə qədər icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Qeyd olunan icra sənədi bir dəfə İcra haqqında Qanunun 70.4-cü maddəsinə əsasən geri qaytarılmışdır və həmin qərar ləğv olunduğu üçün yenidən icraya yönəldilmişdir. Həmçinin icra sənədi koordinatlar göstərilmədiyi və rəy aydın verilmədiyinə görə geri qaytarılmış və xx.xx.2024-cü il tarixdə yenidən icraya göndərilmişdir. İş üzrə borclunun deməsinə görə icra sənədi üzrə tələbi icra etməməsinin səbəbi hazırda həmin obyektin başqa şəxsin mülkiyyətində olmasıdır. Vəzifəli şəxsin bacısı Gülnarə Həbibova icra tədbirlərinin həyata keçirilməsinə mane olaraq bildirmişdir ki, obyekt onun mülkiyyətindədir. Ona bu barədə məhkəmə qərarının olduğu izah edilmişdir. Hazırkı iş uzun müddətdir ki, davam edir, nəzarətdə olan işdir. Onlara bildirilmişdir ki, yekun tədbirlər görüldükdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsələ həllini tapacaqdır. Məhkəmədən hazırda həmin obyekt başqa şəxsin mülkiyyətində olduğu üçün izahat istənilmiş, hələ ki məhkəmədən bununla bağlı məktub gəlməmişdir. Hazırda Şəxs rəhbəri Fuad Həbibovdur, bütün məhkəmə proseslərində də özü iştirak etmişdir. Hazırda Şəxs Özəl Ticarət Mərkəzi MMC fəaliyyət göstərmir, VÖEN-i dayandırılmışdır. O, inzibati xəta protokolun təmin edilməsini, borclunun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2015-ci ildən keçirilən məhkəmə proseslərində Gülnarə Həbibova Şəxs Özəl Ticarət Mərkəzi MMC-nin təmsilçisitəsisçisi kimi iştirak etmişdir. O, Fuad Həbibovu 2024-cü ildə keçirilən məhkəmə proseslərində görmüşdür. Bundan başqa bütün məhkəmə proseslərində Gülnarə Həbibova iştirak etmişdir. Hazırda isə Fuad Həbibovu rəhbər kimi təqdim etmişlər. O, obyektinin giriş-çıxış hissəsinin açılmasını tələb etmişdir. Obyekti olduqda 1995-ci ildə həmin ərazidə bazar olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi vardır. Həmin qətnamədən şikayət verilmiş və Ali Məhkəmə tərəfindən onun xeyrinə qərar qəbul edilmişdir. 2024-cü ildə borclu tərəf qərarın icra olunmaması üçün məhkəməyə ərizə vermiş, iddia təmin olunmamış və onun xeyrinə qətnamə qəbul edilmişdir. O, borclu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 29 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-190/2017 saylı, 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin giriş-çıxış yolu bərpa edilməlidir. Cavabdeh Şəxsndən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 311 manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödəliməlidir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 2(105)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Borclu barəsində xx.xx.2025-ci il tarixli xəbərdarlıq tərtib olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(105)-1214/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017ci il tarixli, 2(067)-190/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. - Ali Məhkəmənin 2(102)-1351/2022 nömrəli. xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, cavabdeh Şəxs kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(105)-78/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz əmlakın dövlət reyestri tərəfindən təqdim edilmiş “Arayış”dan müəyyən edilir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDX və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu barəsində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. 33-cü maddəsinə əsasən Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiq edici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu xx.xx.2022-ci il tarixdən qanuni qüvvəsini almış məhkəmə qərarında nəzərdə tutulmuş tələbi dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, qərarının icrası üçün yetərli tədbirlər görməyərək uzun müddət ərzində qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs rəhbəri Həbibov Fuad Hacıbaba oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-738/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-738/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver