Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-74/2021 08.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1997-ci ildə Xaçmaz rayonunun Sayad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Sayad kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs barəsində Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 08:40 radələrində idarə etdiyi VAZ 21013 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində hərəkətdə olarkən ərazi üzrə xidməti vəzifəsini icra edən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 08:40 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisilə iş yoldaşı ilə birlikdə xidməti avtomobilləri ilə xidmətdə olarkən Şəxs onları görüb idarə etdiyi VAZ 21013 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilini yolun sağ ehtiyat hissəsinə tərəf sürərək saxlamışdır. O, avtomobilə yaxınlaşıb sürücüdən avtomaşının şüşəsini aşağı endirməsini xahiş etmişdir. Şəxs ona ölkə daxili karantin olduğu üçün avtomaşınını yolun sağ ehtiyat hissəsində saxlayaraq “sms” icazə almaq istədiyini bildirmişdir. O, Nurlanın danışıq tərzindən şübhələndiyi üçün xüsusi texniki vasitə- alkotestr vasitəsilə onun sərxoşluq vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı alkotestr cihazının nəticəsinə əsasən Nurlan Baxışıovda 0,358 % alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Şəxs müayinə cihazının nəticəsi ilə tanış etmiş, Şəxs müayinənin nəticəsinə dair sənədin üzərində qeyd edərək nəticəyə etiraz etmədiyini bildirmişdir. X2 əlavə həkim müayinəsindən keçirilməsinə ehtiyacı olub-olmaması soruşulduqda o, əlavə həkim müayinəsinə ehtiyacı olmadığını bildirməklə bu barədə müayinə sənədinin arxa hissəsində qeyd etmiş və imzalamışdır. Daha sonra tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunların video çəkilişi xidməti avtomobildə olan video çəkiliş cihazı vasitəsilə qeydə alınmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdilmiş xətada özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman tərkibində spirt olan “GO” vodka kokteyli içmişdir. Səhəri günü, yəni xx xxxxxx 2021-ci il tarixdə saat 08:30 radələrində evdən çıxaraq idarə etdiyi VAZ 21013 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedərkən Xaçmaz rayonunun Çarxı kənd yolunda qarşıdan Dövlət Yol Polisinə məxsus avtomaşınını gəldiyini görüb həmin vaxt ölkə ərazisində karantin elan olunduğundan “sms” icazə almadığı yadına düşərək avtomobili yolun sağ ehtiyat hissəsinə tərəf sürərək saxlamışdır. Həmin vaxt adı sonradan ona məlum olan Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru X3 avtomaşına yaxınlaşaraq şüşəni aşağı endirməsini xahiş etmiş və aralarında söhbət zamanı Ramin Yarməmmədov onun spirtli içki qəbul edib avtomobil idarə etdiyini və buna görə yoxlamaq üçün alkotestr müayinəsindən keçiriləcəyini bildirmişdir. O, etiraz etməmiş və alkotestr müayinəsindən keçirilmişdir. Müayinənin nəticələrinə əsasən guya onda 0,358 % alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Yol patrul xidməti əməkdaşlarına inandığından müayinənun nəticəsinə dair sənədin arxa hissəsinə imza etmişdir. Lakin müayinədən bir neçə saat sonra tibbi müayinədən keçirilərkən onda sərxoşluq əlamətinin olmadığı müəyyən edilmişdir. Hesab edir ki, o, nəaliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş və heç bir inzibati xətaya yol verməmişdir. Ona görə də iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, Şəxs qeyd edilən tarixdə tibbi müayinədən keçmiş və onda qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0,358 promil olmuşdur. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş alkotestr müayinəsinin nəticəsinə dair çıxarış sənədinin arxa hissəsində olan qeydən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs alkotestr müayinəsindən keçirildikdən sonra yol patrul xidməti inspektoru tərəfindən müayinənin nəticəsi elan edilməklə o, müayinə sənədi ilə tanış olmuş, müayinənin nəticəsinə etirazı olmadığını, əlavə həkim müayinəsinə ehtiyac olmadığını bildirməklə müayinə sənədinin arxa hissəsinə bu barədə qeydini yazaraq imza etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, 05 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə aktının surətindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:45 radələrində həkim tərəfindən tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onda spirtli içki faktı-sərxoşluğun qalıq əlamətləri müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs sərxoş olmadığı halda onun barəsində yol patrulu xidmətinin inspektoru tərəfindən qərəzli olaraq sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi barədə sənədləşmə aparılması, həqiqətdə isə onda tibbi müayinə zamanı alkoqol sərxoşluqunun müəyyən edilməməsi və beləliklə də onun tərəfindən ümumiyyətlə inzibati xətaya yol verilməməsi barədə göstərdikləri və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Şəxs bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətində məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-74/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-74/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver