Məhkəmə qərarları › İş №3(067)-741/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-741/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-741/2025 30.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1988-ci ildə Qusar rayonu, Karat-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də yardımçı fəhlə vəzifəsində işləyən, məhkumluğu olmayan, əvvəllər inzibati tənbehə məruz qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya Şöbəsində 30 aprel 2025-ci il tarixində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir Belə ki, həmin inzibati xəta haqqında protokol dan müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(067)-818/2020 saylı icra vərəqəsinə əsasən Xaçmaz rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(067)-687/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay, hər uşaq üçün 115 manat sabit pul şəklində aliment alınaraq X4 verilməlidir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 protokolun dəlillərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarı artırılaraq 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 115 manat sabit pul şəkilində aliment alınaraq X4 verilməlidir. Borclunun icra sənədi üzrə 5085 manat aliment borcu var. Borclu aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu aliment borcunu ödəmədiyinə görə bir dəfə inzibati qaydada həbs olunmuşdur. Borclunun hazırda 5085 manat aliment borcu var. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törənmiş xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 3 uşaq atasıdır. İki uşaq bir ailəsindən, bir uşaq isə digər ailəsindəndir. 166 Yükdaşıma xidmətində işləyir. Gücü çatan qədər uşaqlar üçün tələbkara köməklik edir. May ayının 10-da əmək haqqını alacaq və 230 manat aliment ödəyəcəktir. 520 manat əmək haqqı alır. Uşaqlara görə hər birinə 150 manat aliment ödəmişdir. Özünün kredit borcları var. Krediti bitsə, yenidən kredit alaraq aliment borcunu ödəyər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çıxış edən X7 çıxışında göstərmişdir ki, borclu aylıq 150-180 manat məbləğində aliment ödəyir. Bəzən olur ki, heç 1 il müddət aliment ödəmir. İki uşaqdır, uşaqlar 9 və 10 yaşındadır. Borclu bu ay 150 manat ödəniş etmiş, ötən ay alimentdən heç bir ödəniş etməmişdir. O, uşaqlar azyaşlı olduğuna görə işləmir. Bacısı atası işləyib uşaqları saxlamaqda ona köməklik edirlər. Borclunun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(067)-818/2020 saylı icra vərəqəsindən müəyyən edilir ki, Xaçmaz rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(067)-687/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay, hər uşaq üçün 115 manat sabit pul şəklində aliment alınaraq X4 verilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 11 iyun 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Xaçmaz rayon Məhkəməsinin 10 mart 2020ci il tarixli, 2(067)-818/2020 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 11 iyun 2020-ci il tarixdə icraata başlanılmış və böyük icra məmuru X8 tərəfindən icraata qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 11 iyun 2020-ci il tarixli bildirişdən və 30 aprel 2025-ci il tarixli xəbardarlılardan müəyyən edilir ki, Xaçmaz rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(067)-818/2020 saylı icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar