Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-742/2021 23.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş orqan Şimal Ərazi Baş X5 Bölməsinin təhqiqatçısı X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 1578,65 (bir min beş yüz yetmiş səkkiz) manat məbləğində cərimə olunmasına dair MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. X2 qərardan şikayət verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, özü Xaçmaz Rayonu, Susay-Qışlaq kəndində fərdi təsərüffatla məşğul olur. Eyni zamanda o sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün öz adından X3 etibarnamə vermişdir. Belə ki, Hüseynov Nadir Qədirşah oğlu onun adına Rusiya Federasiyasına meyvə-tərəvəz ixracını həyata keçirir. 21.11.2018-ci il tarixdə “fındıq” yükünü Rusiya Federasiyasına ixrac etmişdir.Rusiya Federasiyası, Moskva Vilayəti, Naro-Fominskiy rayonunda qeydiyyatda olan "xxxx" MMC-yə ixrac edilən malların müqabilində qaytarılmalı olan vəsaitlərin bir qismi 1857,24 ABŞ dolları(3157,31 manat) qarşı tərəfdən bizə ödənməmişdir.Həmin vəsaitin qaytarılmamasının səbəbi ilə bağlı "xxxx"MMC-dən onlara məktub daxil olmuşdur. Həmin məktubda vəsaitlərin qaytarılmamasının səbəbi fındıq yükünün tərkibində yaranan çəki itkisi ilə bağlı olmuşdur. Eyni zamanda o, məhsulun xarab olması faktını təsdiq edən sənədləri gömrük orqanlarına təqdim etmişdir. Özü birinci Qarabağ Müharibəsi veteranıdır, evlidir, iki övladı var. Qalan vəsaitin ödənilməsi ilə bağlı isə "xxxx" İB ilə aralarında heç bir mübahisə qalmamışdır. Hesab edir ki, yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Ona görə də, şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayətin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Protokolu tərtib etmiş orqan Şimal Ərazi Baş X5 Bölməsinin təhqiqatçısı X9 məhkəmə iclasında fiziki şəxs X2 tərəfindən 2018 və 2019-cu il tarixlərdə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi “fındıq” məhsulunun Rusiya Federasiyasına 4 gömrük bəyamnaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 1857.24 ABŞ dolları dəyərindəki (3157.31 AZN kurs: 1 ABŞ dolları =1.70 AZN) yükün müqabilində qaytarmalı olduğu məbləğlərin müvəkkil bank hesabına köçürülmədilyinin müəyyən olunduğunu göstərmişdir. Ona görə də, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iş materiallarından və protokolu tərtib etmiş orqan Şimal Ərazi Baş X5 Bölməsinin təhqiqatçısı X6 izahatından müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusu 2018-2019-cu illərdə törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusu (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərarından şikayəti təmin edilərək, qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 36, 43-48, 53, 106-115 , 117, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin MN № 01400/0921 saylı 14 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-742/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-742/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver