Məhkəmə qərarları › İş №3(067)-742/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-742/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-742/2025 30.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, ailəli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci ildə Xaçmaz rayon məhkəməsinin e-2(067)-1728/2023-cü il tarixli icra sənədinə əsasən Şəxs qalıq qalmış 6050 manat pulu tələbkarın xeyrinə ödəniş etməmişdir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, qeyd olunan icra sənədi 2023-cü ilin noyabr ayında İcra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə Şəxs və X1 ümumilikdə 7850 manat məbləğində əsas, 100 manat məbləğində cərimə borcu və 125 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəflərindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Həmçinin borclu dəfələrlə İcra və probasiya şöbəsinə dəvət olunmuş və borclunun izahatı alınmışdır. Qeyd olunan icra sənədi üzrə borclu tərəfindən tələbkarın xeyrinə ödənişlər edilmiş və hazırda ödənilməmiş 6050 manat borcu qalmışdır. Borclu icra sənədinə əsasən təkrarən İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, onun "xxxx" MMC-yə deyil, şəxsən Tural Dünyamaliyevə 7500 manat məbləğində borcu vardır. 2022-ci ildən hazırkı dövrədək işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. 7500 manat borcu 15000 manat kimi göstərilmiş və qızı da həmin sənədə imza etmişdir. Cavabdeh kimi onun böyük qızının adı qeyd edilir. Onun imzası belə olmadan adı zamin olaraq göstərilmişdir. 15000 manat pul məbləğində puldan 7000 manatdan çox pul ödəniş etmişlər. Sonradan tələbkar məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi qəbul ediləndən sonra İcra və probasiya şöbəsindən ona zəng edilərək barəsində məhkəmə qətnaməsi qəbul edildiyi məlumatı verilmişdir. Həmçinin ödəniş etməsi barədə qəbzlərin fotoşəkilini tələbkar tərəfə göndərmiş, tələbkar tərəf həmin qəbzləri özlərində qeyd etmişlər. Bu gün tələbkar tərəflə əlaqə saxlamış, 5900 manat borcunun qaldığını ona bildirmişlər. Sonuncu dəfə 2024-cü ilin avqust ayında ödəniş etmiş, lakin sonradan xəstə olduğu üçün müalicə olunmuşdur. Hazırda isə heç yerdə işləmir, ailəlidir, 5 uşağı vardır. Uşaqlardan 4 qız, 1 oğlandır. Oğlu ailəlidir. O, qızları ilə birlikdə yaşayır. Kiçik qızının 20 yaşı vardır. O, əməliyyat olunduqdan sonra bir ay müddətində işləməyə başlayacaqdır. İşləmək üçün Rusiya Federasiyasına getmək istəyir, lakin ilk əvvəl borcu ödəmək fikrindədir. Hazırda kirayədə yaşayır və maddi çətinlikləri vardır. Borcu ödəməkdən imtina etmir, imkanı çatdığı qədər ödəniş edəcəyini, lakin hazırda borcunu ödəməyə maddi imkanının olmadığını, tələbkarla danışıb ödəniş barədə razılaşacağını, bundan ötrü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 30 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin e2(067)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış 21 may 2021-ci il tarixli, D102 №-li alqı-satqı müqaviləsi ləğv edilmiş və X1 və Şəxs 7850 manat məbləğində əsas, 100 manat cərimə borcu və 125,55 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə verilsin. - xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən e-2(067)-1728/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - "xxxx" MMC-nin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən edilir ki, cavabdehlər X5 və Şəxs qətnamə qət olunduğu tarixdən bu günədək təşkilata cəmi 650 manat ödəniş etmiş və halhazırda qalıq borcu ödəməkdən yayınmaqdadırlar. - xx.xx.2025-ci il tarixli borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatından müəyyən edilir ki, qeyd olunan icra sənədi üzrə bu günədək tələbkarın xeyrinə cəmi 2025 manat məbləğində ödəniş etmiş, hazırda onun tələbkarın xeyrinə ödənilməmiş 6050 manat borcu vardır. Səhhəti ilə əlaqədar olaraq işləmədiyini və ödəniş edə bilmədiyini bildirmişdir. - Borclu barəsində məlumatları elektron sorğulanması sənədlərindən xx.xx.2025-ci ilə görə onun 250 manat əmək haqqı ilə mağaza satıcısı işlədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1cimaddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cümaddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar