Məhkəmə qərarları › İş №3(067)-743/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-743/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-743/2025 30.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, X1nun iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarınınləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 264.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. Qərara əsasən ona istinad edilən inzibati xəta Xaçmaz rayonu, Yergüc kəndində lazımı icazə olmadan su çıxarmaq üçün quyunun (subartezian) qazmasıdır. O, hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, o ailəsi birlikdə Xaçmaz rayonu, Yergüc kəndində yaşayır. Torpaq islahatı vaxtı ailəsinə Yergüc kəndi ərazisindən 1.62 ha kənd təsərrüfastı təyinatlı torpaq sahəsi verilmişdir. 10 il bundan qabaq həmin torpaq sahəsində meyvə qələmləri əkmiş, susuzluqdan bütün qələmlar qurumuşdur. Cari ildə bankdan kredit alaraq həmin torpaq sahəsində yenidən meyvə qələmləri əkmiş və həmin torpaq sahəsində su quyusu qazdırıb qələmləri suvarmaq fikri olmuşdur. Demək olar ki, bağ qonşularının əksəriyyətində bu cür quyular çoxdandır ki, vardır. 04 aprel 2025-ci il tarixdə o, bankdan 8000 manat kredit almışdır. Həmin günü o, bankın qabağından artezian quyuların qazıntısı ilə məşğul olan Qabil adlı şəxsə 050 *** ** ** nömrəli telefona zəng etmiş və torpaq sahəsində artezian quyusunun qazıdılmasını xahiş etmişdir. Qabil onunla razılaşmış və xx.xx.2025-ci il tarixdə ona məxsus torpaq sahəsinə gələcəyini bildirmişdir. Həqiqətən də xx.xx.2025-ci il tarixdə Qabil idarə etdiyi quyu qazıyan avtomobili ilə torpaq sahəsinə gəlmiş Qabilə quyu qazılacaq yeri göstərmişdir. Qabil həmin yerdə texnikanı quraşdırmış, o, Qabilə burada durmağa vaxtı olmadığını, ailəsilə birlikdə Quba rayonuna toya getməli olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, quyu qazılan yerə gəlmiş və özünə məxsus qazel maşını ilə plastmas su çənində su gətirmişdir ki, qazılan yerə töküb torpağı boşalda bilsin. O, suyun kranını açaraq özü piyada evə getmişdir. Təxminən saat yarım vaxtdan sonra quyu qazılan yerə qayıtmış və bu zaman Niva markalı avtomobil yanından keçərək avtomobili saxlatmışdır. Həmin şəxslər telefonunda konuma baxaraq onun torpaq sahəsinə tərəf getmişlər. Üstündən 1-2 dəqiqə vaxt keçmişdi ki, onun üçün quyu qazıyan Qabil adlı şəxs mobil telefonuna zəng edərək ekologiya işçilərinin gəlməsi səbəbilə tez sahəyə gəlib çatmasını bildirmişdir. O. həmin yerə gəlib çatanda iki nəfər ekologiya işçisinin orada olmasını görmüşdür. Ondan soruşmuşlar ki, torpaq sahəsi ona məxsusdurmu və torpaq sahəsinin sənədlərini ondan istəmişlər. Həmin şəxslər ondan quyunun qazılmasına icazənin olub-olmamadığını soruşmuşlar, o da öz növbəsində həmin şəxslərə quyunun qazılması üçün rəsmi icazə tələb olunurmu sualını vermişdir? Həmin şəxslər bəli rəsmi icazə olmalı olduğunu demişlər. Bu vaxt quyu cəmi 2-3 metr dərinliyə qədər qazılmışdı. O, ekologiya işçilərindən soruşmuşdur ki, rəsmi icazə alana qədər qazıntı işlərini dayandırmalıdırmı? Cavab olaraq əslində onlar quyunun qazıntısını dayandırmalı olduqlarını, lakin dayandırmayacaqlarını demişlər. Quyu qazıntısı barədə avtomobilin şəkli çəkilib idarənin rəisinə göndərilmişdir. Ona görə də ona təklif etmişlər ki, 5 saylı Ekologiya İdarəsinə getsin. O, həmin şəxslərlə idarəyə getsə də, idarənin rəisinin qəbuluna düşə bilməmişdir. xx.xx.2025-ci il tarixdə özünü ekologiyanın işçisi kimi təqdim edən Mahir adlı şəxs ona mobil telefonla zəng edərək quyunun qazıntısı ilə bağlı izahat yazmaq üçün Xaçmaz şəhərində yerləşən 21-ci əsr adlı kafeyə dəvət etmiş, ohəmin yerə getmiş və izahat yazmışdır.Bundan sonra ona məktubla inzibati xəta haqqında protokol göndərilmiş və xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarı almışdır. Beləliklə, 5 saylı Ekologiya İdarəsinin işçiləri xx.xx.2025-ci il tarixdə torpaq sahəsinə gəldikdə su quyusu cəmi 2-3 metr dərinliyə qazılmışdır. Quyunun qazılması qanunsuz olmuşsa ekologiya işçiləri qazıntı işlərini dayandırmalı və ona lazımı icazə alınmalı və bunun qaydasını izah etməli idilər. Lakin ekologiya işçiləri qazıntı işlərini dayandırmamış, qəsdən şərait yaratmışlar ki, quyu axıra kimi qazılsın və barəsində inzibati tənbeh vermə haqqında qərar çıxara bilsinlər. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəmişdir ki, torpaq sahəsinin yerləşdiyi sahədə çoxlu artezian quyuları vardır və heç kimdən eşitməmişdir ki, kiminsə buna razı icazəsi olsun. Quyu qazıyan Qabil adlı şəxsdə bu işlə 7- 8 ildi məşğuldur. Qabil dəona bildirmişdir ki, heç bir rəsmi icazə lazım deyildir. O, quyunun qazılmasına xeyli xərc çəkmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin işlərin görülməsi üçün xeyli miqdarda kredit götürmüşdür. O, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, o, əvvəllər bağ salmış, lakin su olmaması səbəbindən ağacları qurumuşdur. Hazırda isə yenidən gilas ağacları əkmiş, lakin suvarılması üçün su olmadığından artezian quyusu qazdırmaq barədə ustaya sifariş vermişdir. İşə başanılmazdan əvvəl “Niva” markalı avtomobil ilə Ekologiya İdarəsinin əməkdaşları gəlib ondan artezian qazılması üçün icazə alınıbalınmadığını soruşmuşlar. Artıq 2-3 metr quyu qazılmışdı ki, Mahir müəllim adlı Ekologiya İdarəsinin Mahir müəllim adlı Ekologiya İdarəsinin əməkdaşı işi dayandırmamağı deyib, bağ salmağına görə xeyir dua etmişdir. Sonra isə rəhbərliyə müraciət üçün Ekologiya İdarəsinə iki dəfə getsə də, rəhbərlik yerində olmamışdır. Həmçinin o, çinar ağaclarını kəsməmişdir və Ekologiya İdarəsinin əməkdaşları ilə qeyri-səmimi rəftarı olmamışdır. O, Qabildən Mahir müəllim həmin yerə gələnə kimi neçə metr qazıdıqlarını soruşduğunda Qabil ona 2-3 metr qazıdığını demişdir. Quyunun qazılması üçün quyuya su tökülməli olduğundan həmin suyu Qazel markalı yük avtomobili ilə daşımışlar. Sonradan suyu şlanqla qonşudan götürmüşlər. Sonradan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsinin törədilməsinə görə qazma işini görən Şahid da məsuliyyət daşımalı, cərimənin yarısı ona aid edilməlidir. Məhkəmə iclasında qərarından şikayət verilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, 07 aprel tarixdə sərəncam verilmiş və 09 aprel tarixdə onlar şikayətçiyə yaxınlaşmışlar. Lakin, şikayətçidən qazıntını neçə gündür apardıqları barədə soruşduqda, artıq 2 gündür davam etdiyini bildirmişdir. Şikayətçiyə icazə almalı olduğunu bildirdikdə, şikayətçi artezian quyusunun qazılması üçün icazə alınmasına zərurət olmadığını demiş və onlarla razılaşmayaraq izahat verməkdən imtina etmişdir. Daha sonra 10 aprel tarixdə akt tərtib olunmuşdur. O, İXM-nin 264.0.7-ci maddəsi ilə vətəndaşı tanış etmiş, şəxs izahat verməkdən də imtina etmişdir. Sonradan vətəndaşın izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin şikayətçinin torpağı pay torpaq sahəsidir. Kənd təsərrüfatı məhsulları üçün istifadə edilməyən bitkilərin və yaşıllıqların götürülməsi Nazirlər kabinetinin 321 nömrəli qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi əsasında götürülə bilər. Həyətyanı torpaq sahəsi istisna olmaqla digər bütün torpaq sahələrində ağacların kəsilməsi üçün icazə tələb olunur. Belə ki, şikayətçinin torpaq sahəsinə baxış keçirdikdə onlar arada 16 ədəd çinar ağacının qanunsuz kəsildiyinin şahidi olmuşlar. Buna baxmayaraq şikayətçi həmin ağacları kəsdiyini etiraf etməmişdir. Şikayətçidən ağacları niyə kəsdiyini soruşduqda məsələyə qeyri-səmimi yanaşmışdır. Onlar həmin əraziyə yaxınlaşanda artıq quyunun yuyulması prosesi getmiş və Qazel markalı yük avtomobili ilə isə su gətirib quyunu yumağa hazırlamışlar. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid izahat verərək bildirmişdir ki, Emin Rəhimovun həyətində qazma işi görmüşdür. İşə başladığı gün Ekologiya İdarəsinin nümayəndəsi Mahir müəllim qazıntı aparıldığı yerə gələrək qazıntının qanunsuz olduğunu və əslində işi saxlamalı olduğunu, lakin saxlamayacaqlarını deyib Emin adlı şəxslə birlikdə oradan uzaqlaşmışdır. Belə ki, quyu qazan zaman sirkulyasiya edilməsi üçün ehtiyat quyu qazıb ora 1 ton su doldurulur, quyuda su qurtardıqda isə iş dayandırılır. O, Mahir müəllim həmin yerə gələnədək artıq 2-3 saat ərzində fasilələrlə 5-6 metr yer qazmış, texnikada problem olduğu üçün 2 gün onu düzəltməyə vaxt sərf etmişdir. O, Mahir müəllimin qazıntı aparıldığı yerə gəldiyi vaxt su olmadığı üçün Emin qonşudan su gətirməyə getmişdir. O Mahir müəllim getdikdən sonra işə davam etmişdir. Məhkəmə şikayətçininvə qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 10 aprel 2025-ci il tarixli, 90178 nömrəli Aktdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli, 0083 nömrəli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekologiya Təhlükəsizliyi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarını və bu sahədə mövcud olan digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyətinin yoxlanması zamanı Xaçmaz rayonu, Yergüc kəndinin yaxınlığında su çıxarmaq üçün quyunun qazılması və 16 ədəd yaş köküstə inkişafda olan qovaq (çinar) ağaclarının kök boğaz nahiyəsindən kəsilərək məhv edildiyi aşkar olunmuşdur. - 10 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və 23 aprel 2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xaçmaz rayonu, Yergüc kənd sakini Emin Rəhimov lazımi icazə almadan su çıxarmaq üçün quyu (artezian) qazmasına görə Azərbaycan Respublikasının İXM-nin264.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. - 10 aprel 2025-ci il tarixli izahatdanmüəyyən edilir ki, şikayət vermiş şəxs X6 törətdiyi inzibati xətanı etiraf etmişdir. - Fotoşəkilin surətindən inzibati xətanın törədildiyi yer müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasəninzibati xəta haqqında iş üzrəinzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 264.0.7-ci maddəsinə əsasən su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X6 qanunvericiliyin tələblərini pozaraq, su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazmış, qeyd olunan hal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin264.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş və şikayətçi inzibati qaydada 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və həmçinin X1nun törətdiyi əməli etiraf etməsi, qərardan şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etməsi səbəbilə şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar