Məhkəmə qərarları › İş №3(067)-744/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-744/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-744/2025 02.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X4 Təhülkəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Xaçmaz rayonunun Rəhimoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Sayad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 29 aprel 2025-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus Sayad kəndində yerləşən dükanın arxa pəncərəsini sındırmaqla içəri daxil olaraq oradan 30 manat pulu oğurlamaşdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X4 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Nümayəndə göstərdi ki, Cari ayın aprel ayın 29da saat 22:30 radələrində vətəndaş Zeynalov həmin kəndin sakinidir. əvvəlcə evlərində spirtli içki qəbul edib, sonra küçəyə çıxıb və zərərçəkənin Zərərçəkmiş şəxs mağazasının qarşısından keçəndə sutkanın qaranlıq vaxtı olmasından və ətrafda heç kimin olmamasından istifadə edərək, mağazanın arxasına keçib arxadakı pəncərəni qıraraq oradan içəri daxil olmuş və mağazada polkada olan bankanın içərisindən 50 qəpikliklər ilə 30 manat pulu gizli olaraq talayaraq oradan çıxıb getmişdir. Araşdırma vaxtı özü də izahatında törətdiyi əməli etiraf etdi və peşmançılığını bildirdi. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, onun ümumiyyətlə oğurluq etmək kimi bir niyyəti olmamışdır. O, həmin günü evdən heç yerə getməmişdi, evdə olarkən spirtli içki qəbul etmiş daha sonra evdən küçəyə çıxarkən bundan əvvəl də iki dəfə qohumu Zərərçəkmiş şəxs məxsus dükana girərək oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o, sonuncuya məxsus dükanın arxa şüşəsini sındıraraq içəri daxil olmuş və oradan 30 manat pul oğurlamışdır. Bundan əvvəl də həmin dükana 2 dəfə daxil olaraq oğurluq etmişdir. Lakin barəsində şikayət olunmamışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini və bundan sonra bir daha belə bir əməli tərətməyəcəyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun bibisi nəvəsidir. Bundan öncə də, Əliağa ona məxsus dükana 2 dəfə qeyri qanuni daxil olaraq oradan oğurluq edərək ona maddi ziyan vurmuşdur. Lakin bibisi gələrək şikayətçi olmamasını xahiş etdiyinə görə o, sonuncudan şikayətçi olmamışdır. Sonuncu dəfə yəni hazırki oğurluq ilə onu bildirmişdir ki, aprel ayının 28-dən 29-na keçən gecə saat 21:30 radələrində dükanı bağlayıb evə getmiş, səhər isə dükanı açıb içəriyə daxil olarkən dükanın arxa pəncərəsində içəri heç kim daxil olmasın deyə divara möhkəmələndirilmiş dəmir barmaqlıqların söküldüyünü və içəri kimin isə daxil olaraq dükandan ona məxsus 30 manat pulunu yerində olmadığını görümüşdür. Bununla bağlı o, şikayət etdikdən sonra ona ziyan vuran şəxsin bibisi nəvəsi Şəxs olmasını bilmişdir. Şikayətçidir və onu cəzalandırımasını xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı polis, mayoru X1 26 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı polis, leytenantı X2 01 may 2025-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası X5 həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 01 may 2025-ci il tarixdən 20:25-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar