Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-747/2021 23.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1977-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işə baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, lakin o, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 2 (iki) ay ərzində qərarın icrasını təmin etməmiş, inzibati cəriməni ödəməmişdir. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında X2 cəriməni ödəyəcəyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş EQ ******* saylı protokolun surətindən müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərərək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən görünür ki, cəriməni ödəmədiyi təqdirdə, barəsində protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə Şəxs xəbərdar edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-747/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-747/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver