Məhkəmə qərarları › İş №3(067)-748/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-748/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-748/2023 16.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 tərəfindən Qusar rayon Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X1 tərəfindən Qusar rayon Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X1 tərəfindən Qusar rayon Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* qərarəndan verdiyi şikayət üzrə toplanmış material natamamdır. Belə ki, qeyd olunan materiallarda 10 fevral 2023-cü il tarixli, MN ******* saylı qərar onun tərəfindən nə vaxt alınması ilə əlaqədar hər hansı bir sənəd işə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, qərardan şikayət vermə müddəti rəsmi qaydada çatdırıldığı gündən 10 gün müddətində verilə bilər. Hazırki iş üzrə qərar xx.xx.2023-cü il tarixli olsa da, şikayətçi qərardan verdiyi şikayət ərizəsini məhkəməyə xx.xx.2023-cü ildə təqdim etmişdir. Belə olan halda hesab edirəm ki, X1 tərəfindən Qusar rayon Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən Qusar rayon Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar