Məhkəmə qərarları › İş №3(067)-749/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-749/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-749/2021 23.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1979-сu ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Mehmandarov küçəsi, ev 23-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs EQ ******* saylı, 24.01.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmiş, lakin cəriməni qərar qüvvəyə mindiyi gündən 3 ay ərzində icra etməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında EQ ******* saylı, 24.01.2021-ci tarixli protokoldan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, onun barəsində 60 manat məbləğində cərimə olunması barədə qərar çıxarılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən görünür ki, cəriməni ödəmədiyi təqdirdə, barəsində protokol tərtib edilərək materialın müvafiq tədbir görülməsi üçün məhkəməyə göndəriləcəyi barədə Şəxs xəbərdar edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar