Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-749/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə 24 iyul 1997-ci ildə Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, milliyəti dargin, orta təhsilli, evli, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaqkənd rayonu, Manas kəndi, Məktəbli küçəsi 7 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixdə “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti zonasına Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı, C171XP18/AE574905 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxıl olmuşdur. Nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində gömrük yoxla ması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin qoşqusunu alt hissəsində yerləşə n yeşikdən gömrük nəzarətinə bəyan olunmayan, 5 ədəd plastik qabda ü zəri nd ə “Uİtracidin 11” yazısı əks olunmuş bitki dərmanları, 9 ədəd plastik qabda üzərində “Gazelle 1000 ml” yazısı əks olunmuş bitki dərmanları və 2 ədəd 20 litrlik plastik qablarda dizel mühərriklərində qaz tullantısının təmizlənməsi üçün maye-“Adblue" aşkar olunaraq protokol əsasında götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2020-ci il tarixli, 3-16-16/2-6/2572,9/3579 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Gazelle 1000 ml”, “Ultracidin 1 l” və “AdBlue” 20 litr” adlı preparatlarının tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü” təsir edən maddələr və onların külli miqdarlarının siyahısı”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr yoxdur. İş materiallarında olan təhvil-təslim edilməsi haqqında 06 may 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti zonasına Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı, C171XP18/AE574905 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı, nəqliyyat vasitəsinin qoşqusunu alt hissəsində yerləşən yeşikdən gömrük nəzarətinə bəyan olunmayan, 5 ədəd plastik qabda üzərində “Ultracidin 11” yazısı əks olunmuş bitki dərmanları, 9 ədəd plastik qabda üzərində “Gazelle 1000 ml” yazısı əks olunmuş bitki dərmanları və 2 ədəd 20 litrlik plastik qablarda maye halında bitki dərmanları aşkar olunmuş və bu akt əsasında araşdırma aparılması üçün Əməliyyat və təhqiqat şöbəsinə təhvil verilmişdir. Şəxs törətdiyi inzibati xəta tərtib edilmiş inzibati xəta haqqında 17 iyun 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli Protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 482.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İmzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş pul vəsaiti - 857 manatın 40 faizi məbləğində, yəni 342 manat 80 qəpik (üç yüz qırx iki manat səksən qəpik) məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən: Nərmı̇ n Abı̇ yeva Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №3(067)-749/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-749/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver