Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-75/2021 25.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər qızınun sədirliyi ilə, Məhkmənə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə Zərərçəkmiş şəxs X2, Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə X3 vuraraq döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində Böyükağa adlı şəxsin restoranının ərazisindəki göldən balıq tutan zaman restoranın gözətçisi Əlislamın ona yaxınlaşaraq balıq tutmamasını bildirməsi səbəbindən aralarında mübahisə yaranmışdır və o, əsəbiləşdiyi üçün Əlislamı əli ilə vuraraq döymuşdür. Törətdiyi əmələ görə X1 üzr istəmiş və onlar barışmışlar. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X4b bildirmişdir ki, Xaçmaz rayonu, Gülalan kəndi ərazisində Böyükağa Abbasova məxsus “Göl” adlanan restoran yerləşir və o, həmin restoranda gözətçi işləyir. Restoranın ərazisində göl yerləşir və o, həmin gölə nəzarət edir. xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radlərində restoranda olduğu zaman tanımadığı şəxsin göldən balıq tutduğunu görmüş və buna görə də irad bildirmişdir. Daha sonra aralarında yaranana mübahisə zamanı həmin şəxsin onu yumruq və təpiklə vuraraq döyməsinin bildirmişdir. Ona görə də o,sonradan şəxsiyyəti ona məlum olan Şəxs barəsində Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Hazırda onlar barışmışlar. İnzibati xəta törətmiş şəxs Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərər çəkmiş şəxsin barışmasını və AR İXM-nin 39-cu maddəsinin tələblərini nəzərər alaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 39, 43-48, 53, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-75/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-75/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver