Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-750/2024 24.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X1 Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi aydın deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X2 ərizəsində sözügedən qərarı xx.xx.2024-cü il tarixdə almasını göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edirəm ki, Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-750/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-750/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver