Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-751/2023 16.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında 03 iyun 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏNETDİ: Baş Dövlət Yol Polisi İdarəsindən Xaçmaz rayon məhkəməsinə 03 iyun 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları əks olunmuşdur. Həmin hüquqlardan biri inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat verməkdir. İş materiallarından isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları təmin edilməmiş, izahatı alınmamış və o, iş materialları ilə tanış edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. HAKİM SƏMƏDZADƏ SƏRXAN
Məhkəmə qərarları › İş №3(067)-751/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-751/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver